Bu şəxslərin nəzərinə maaşınız artırıla bilər Yeni Gündəm
Icma.az, Yenigundem saytına istinadən bildirir.
Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları bir neçə dəfə artırılmalıdır.
Bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:
“Ona görə də hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər. Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”./Report
Baxış sayı:113
Bu xəbər 26 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















