Icma.az
close
up
RU
Bu şəxslərin NƏZƏRİNƏ: Vergi güzəştlərindən istifadə edə bilərsiniz KONKRET

Bu şəxslərin NƏZƏRİNƏ: Vergi güzəştlərindən istifadə edə bilərsiniz KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, müharibə veteranları və şəhid ailələrinin üzvləri üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Elşad İsayev səsləndirib.

“Belə ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirdən tutulmalı olan vergi məbləği 400 manat azaldılır. Eyni zamanda, bu şəxslərin əmlak və torpaq vergisi üzrə də güzəşt hüquqları var. Belə ki, onların mülkiyyətində olan və şəxsi istifadə üçün nəzərdə tutulan (icarəyə, kirayəyə verilməyən, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti üçün istifadə olunmayan) daşınmaz əmlaklara görə, əmlak vergisi 30 manatadək, torpaq vergisi isə 10 manatadək azaldılır”.

Vəkil qeyd edir ki, bundan əlavə, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, döyüşlərdə həlak olmuş və ya sonradan vəfat etmiş hərbçilərin dul həyat yoldaşları və övladları da 400 manatadək vergi güzəştindən yararlana bilirlər.

“Bu güzəştdən istifadə etmək üçün vətəndaşlar valideynlərinin və ya həyat yoldaşlarının döyüşlərdə həlak olduğunu və ya sonradan vəfat etdiyini təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər. Bu güzəştlər müvafiq dövlət orqanları tərəfindən verilmiş arayış əsasında tətbiq olunur”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri