Bu şəxslərin sığortalanması SÜRƏTLƏNDİRİLƏCƏK Məqsəd dövlət büdcəsinin yükünü azaltmaqdır
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gələcək mərhələdə beynəlxalq təcrübələrə uyğun bir sıra modellərin Azərbaycanda tətbiqi nəzərdə tutulur.
Bunu BAKU.WS-ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirib.
O deyib ki, icbari tibbi sığorta sisteminin qurulması zamanı müxtəlif ölkələrin modelləri araşdırılıb və yerli reallıqlara uyğun hibrid mexanizm seçilib. Hazırda səhiyyənin çoxmənbəli maliyyələşmə prinsipi - dövlət, işəgötürən və sığortalı tərəfindən bölüşdürülmüş xərc sistemi tətbiq olunur.
Agentlik gələcəkdə beynəlxalq praktika əsasında qeyri-rəsmi məşğulluğun uçotunun genişləndirilməsini prioritet hesab edir. Məqsəd qeyri-formal sektorda çalışanların sığorta sisteminə cəlb edilməsini sürətləndirmək və dövlət büdcəsinin yükünü azaltmaqdır. Bu addım maliyyə sabitliyini artırmağa və ədalətli risk bölgüsünə nail olmağa yönəlib.
Bundan əlavə, ambulator dərman təminatı istiqamətində Litva, Malta, Moldova, Sloveniya, Belçika, Bolqarıstan, Almaniya, Fransa, Danimarka və Türkiyənin modelləri öyrənilib. Positiv dərman siyahısının formalaşdırılması, kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi və müştərək maliyyələşmə kimi yanaşmaların tətbiqi planlaşdırılır. Məqsəd dərmanlara əlçatanlığı artırmaq və təminat prosesini daha səmərəli etməkdir.
Şəhanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















