Bu şəxslərin statusu ləğv ediləcək
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ-də xüsusi viza proqramı çərçivəsində dörd ölkədən gələn immiqrantların hüquqi statusunun ləğv ediləcəyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, “Rəsmi Qəzet”də dərc olunan layihə mətninə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan xüsusi viza proqramı ilə gələn immiqrantlarla bağlı qərar verib.
Qərarda bu mühacirlərin hüquqi statusunun ləğv ediləcəyi ifadə edilir. 25 martda nəşr olunacaq qərarın 532 min kubalı, haitili, nikaraqualı və venesuelalı mühacirləri əhatə edəcəyi düşünülür. 2022-ci ildə qüvvəyə minən proqrama əsasən, ABŞ-də “sponsorları” olan mühacirlərə humanitar səbəblərdən və ya ölkəyə daxil olmalarının əhəmiyyətli ictimai fayda gətirəcəyi təqdirdə ölkədə iki il yaşamaq və işləmək hüququ verilirdi.
Nigar
"Cebheinfo.az"
Baxış sayı:132
Bu xəbər 22 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















