Icma.az
close
up
RU
Bu şəxslərin üçün KREDİT İMKANLARI YARADILIR KONKRET

Bu şəxslərin üçün KREDİT İMKANLARI YARADILIR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

2025-ci il avqustun 1-dən etibarən Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün xarici valyutada kreditləri manata çevirmək və valyuta risklərini aradan qaldırmaq üçün yeni maliyyə aləti tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Referans-ın suallarını cavablandırarkən bildirib ki, bu, Mərkəzi Bank tərəfindən təqdim olunacaq və geri çağırılmayan forvard müqaviləsi əsasında işləyəcək valyuta hedcinq (hedging) alətidir. Alət sahibkarlara xarici kreditləri manatla reallaşdırmaq imkanı yaradacaq.

Ekspert onu da deyib ki, əgər bir şirkət və ya bank xaricdən dollar və ya avro ilə kredit cəlb edərsə, həmin vəsaiti Mərkəzi Bank vasitəsilə manata çevirib yerli sahibkarlara təqdim edə biləcək. Bu zaman məzənnə dəyişməsi ilə bağlı risklər Mərkəzi Bank tərəfindən qarşılanacaq. Yeniliyin əhəmiyyəti və üstünlükləri – Azərbaycanda 2015–2016-cı illərdən sonra valyuta ilə kredit götürmək riskli hesab olunurdu və bu sahədə ciddi çəkinmələr vardı. İndi isə hedcinq aləti sayəsində bu risklər aradan qalxır.

İqtisadçı bildirib ki, ⁠yeni mexanizm xüsusən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub və məqsəd onları daha ucuz maliyyə resursları ilə təmin etməkdir. Banklar valyuta riskindən azad olur, bu da onları xarici bazarlardan vəsait cəlbinə daha açıq edir.

Xalid Kərimlinin sözlərinə görə, bu proqram Mərkəzi Bank tərəfindən 600 milyon dollarlıq limit çərçivəsində, 3 il müddətinə həyata keçiriləcək. Banklara və BOKT-lara müəyyən kvotalar ayrılacaq.

Faizlər azalacaqmı?

Bəli, yeni mexanizm kredit faizlərinin də azalmasına səbəb olacaq. Belə ki, banklar xarici bazarlardan daha aşağı faizlə borc alıb, valyuta riskini Mərkəzi Bankın təqdim etdiyi alətlə sığortalayaraq, manatla və daha münasib şərtlərlə kredit verə biləcəklər. Hədcləmə xidmətinin təqribən 3% komissiya ilə təqdim olunacağı gözlənilir ki, bu da əvvəlki dövrlərlə müqayisədə daha ucuzdur.

İnflyasiya və məzənnəyə təsiri varmı?

“Mərkəzi Bank bu alətin manatın məzənnəsinə və inflyasiyaya təsir göstərməyəcəyini bəyan edib. Kreditlər manata çevrildikdən sonra iqtisadiyyata daxil ediləcək və paralel olaraq valyuta ehtiyatları tənzimlənəcək. Yəni sistemdə ani dəyişiklik olmayacaq. Nəticə: Bu alət həm maliyyə institutları üçün əlavə qazanc və dayanıqlılıq, həm də sahibkarlar üçün daha əlçatan kredit imkanı yaradır. Eyni zamanda ölkənin investisiya reytinqinin artması və xaricdən maliyyə axınının stimullaşdırılması baxımından da önəmli addımdır”,- deyə ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Avqust 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri