Bu şirkət sürücülük vəsiqələri hazırlamaq müqabilində 21,2 MİLYON MANAT QAZANACAQ
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “DİN BDYPİ tərəfindən sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar və avadanlıqlar kompleksi” tenderinin nəticələrini elan edib.
Avtosfer.az "FED.az"a istinadən xəbər verir ki, tenderin qalibi “Bakinity Distribution” MMC (VÖEN: 1001473201) olub.
Qalib şirkətə 21 271 974 manat ödəniləcək.
Qeyd edək ki, “Bakinity Distribution” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tağı Aşumov Vaqif oğludur. Hüquqi ünvanı AZ1069, Bakı Şəhəri Binəqədi Rayonu, Ziya Bünyadov, ev 13, m. 33 ünvanında yerləşir.
Baxış sayı:138
Bu xəbər 07 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















