Icma.az
close
up
RU
Etik davranış qaydalarını pozan sürücülər məcburi təlimlərə cəlb edilə bilər YENİ TƏKLİF

Etik davranış qaydalarını pozan sürücülər məcburi təlimlərə cəlb edilə bilər YENİ TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Tez-tez yollarda sürücülər və bəzən sərnişinlər arasında baş verən dava görüntülərinin şahidi oluruq. Tıxaclı yollar isə hər kəsin əsəblərini gərginləşdirir və gündəlik səyahəti daha da stresli edir.

Bəs mümkündürmü ki, tıxac şəraitində belə davranışlar mədəni şəkildə formalaşdırılsın və sürücülər yolları daha sakit, nəzakətli şəkildə paylaşsınlar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, tanıdığımız mədəni, normal insan belə sükan arxasında əksər hallarda dəyişir:

"Bu, bir az psixoloji problemlərlə də əlaqəli ola bilər. Normal halda insan öz mənfi cəhətlərini iş yerində, evdə və ya ictimai yerdə gizlədə bilər, yəni özünü büruzə verməyə bilər. Ancaq avtomobil belədir ki, qapalı bir obyektdir və sükan arxasında insan elə hiss edir ki, onu heç kim görmür. Təkdir, amma nəzərə almaq lazımdır ki, ən azından bizi tanıyan şəxslər, qohum-qonşu, tanışlar var ki, avtomobilimizi, nömrəmizi tanıyır və uzaqdan bizi görə bilir. Təəssüf ki, bu cür hallar bizdə çoxdur. Avtomobildə sükan arxasında olan sürücülərin bütün problemləri yadına düşür və yolda elə davranırlar ki, sanki manyakdırlar. Əlbəttə, bu hamıya aid deyil. Məsələn, biri dönmə işığını yandırmadan zolağı dəyişir, bunu bilməyərək etsə belə, artıq bu problemdir. Arxadan gələn avtomobil isə bütün yol boyu manyakcasına sürtüşür, qabağında kəskin tormoz verir, düşüb bir-birini döyür, söyür, əlbəyaxa çıxır və s. Bu cür insanlar var".

Müsahibimiz qeyd etdi ki, dünyanın hər yerində belə hallar olur:

"Yolda gedərkən kimsə əl hərəkətlərindən istifadə edərək pis hərəkətlər göstərə bilər. Bu cür insanlara qoşulmamaq lazımdır. Maksimum şəkildə sakitliyini qorumaq vacibdir. Çünki mən görürəm ki, gün ərzində dəfələrlə kimsə dalaşır, bir-birinə yol vermir, əlbəyaxa çıxırlar, hətta bir-birini vurub bıçaqlayanlar da olur. Təəssüf ki, bu cür halların sayı get-gedə artır. Ümumiyyətlə, bu cür halların qarşısını almaq üçün sürücülük vəsiqəsi alarkən mütləq şəkildə təlimlərə göndərilməlidir. Etik davranış qaydaları, ilkin sürmə, təhlükəsiz idarəetmə kimi mövzuların hamısını keçmək məcburidir. Məsələn, sürücülük vəsiqəsini alan şəxslərə müəyyən müddət verilsin, üç ay, altı ay və bu müddətdən sonra yoxlanılsın ki, nə qədər qəzalara səbəb olur və ya qayda pozur. Sürücülərin statistikasını aparmaq lazımdır, onları məcburi təlimlərə cəlb etmək, sertifikat vermək vacibdir. Beləliklə, yalnız sertifikatı olan sürücü etibarlı sayılmalıdır. Altı ay müddətində ən azı 10-20 saatlıq təlimləri keçməyən insanları yola buraxmamaq lazımdır ki, yollarda neqativ hallar azalsın".

Ekspertin sözlərinə görə, sürücülük mədəniyyəti və etikası ailədən gəlir:

"Valideyn azyaşlı uşağın yanında yolu düzgün yerdən keçir və avtomobil idarə edərkən düzgün davranırsa, uşaq da bunu görür və təkrar edir. Məktəbdə öyrədilənlərdən daha çox, valideynin nümunəsi uşağın davranışına təsir edir. Pis vərdişlər də uşaqlıqdan formalaşır. Yolda isə normal idarə edən sürücü də digər sürücülərin pis hərəkətlərini gördükdə, bəzən özü də bu hərəkətləri etməyə başlayır. Bu, keçici xəstəlik kimidir. Ümid edirəm ki, gələcəkdə bu cür halların qarşısını almaq üçün tədbirlər görüləcək. Hal-hazırda heç bir tədbir görülmədiyi üçün, əgər belə davam edərsə, yaxın gələcəkdə ciddi dəyişiklik gözləmək çətindir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri