Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dietasız arıqlamağın yeni yolu Dietoloq AÇIQLADI

Dietasız arıqlamağın yeni yolu Dietoloq AÇIQLADI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir həyat və ağır iş tempinə görə bir çox insan dietalara əməl edə bilmir və özünə daha rahat, davamlı və stres yaratmayan bir yol axtarır.

Bəs dieta saxlamadan arıqlamaq mümkündürmü?

Dietoloq Azaya Musayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, neyro qidalanma ilə mümkündür.

Dediyinə görə, neyro qidalanma beynimiz, emosiyalarımız və şüuraltı mexanizmlər vasitəsilə qida ilə münasibəti dəyişdirməyə yönəlmiş müəllif metodudur:

"Bu yanaşma nə sərt dietadır, nə də qadağalar üzərində qurulmuş sistem. Burada məqsəd insanı məcbur etmədən, amma daxili qətiyyət formalaşdıraraq, əvvəllər dayana bilmədiyi məqamlarda özünə sakit və aydın şəkildə “yox” deyə bilməyi öyrətməkdir. Neyro qidalanma beynin qida ilə bağlı formalaşdırdığı avtomatik reaksiyalarla işləyir. Şirniyyata, həddindən artıq yeməyə və ya “təsəlli edici” qidaya yönələn impulsların arxasında duran mexanizmlər dərk edilir və tədricən dəyişdirilir”.

O bildirdi ki, insanın emosional fonu ilə qida arasındakı əlaqə açılır: 

“Stres, təkliyin yaratdığı boşluq, narahatlıq və günahkarlıq hisslərinin yeməklə necə kompensasiya edildiyi üzə çıxarılır. Bu metod eyni zamanda bədənlə əlaqəni bərpa etməyə yönəlib. Aclıq və toxluq siqnallarını yenidən tanımaq, yorğunluqla emosional aclığı ayırd etmək, müəyyən qidalara qarşı bədənin verdiyi real reaksiyaları eşitmək əsas hədəflərdəndir. Qida artıq nə cəza, nə də mükafat rolunu oynayır; bədənlə dialoqun bir hissəsinə çevrilir.

Neyro qidalanmada müasir psixoloji yanaşmalar, neyropsixoloji texnikalar, NLP elementləri, inanc və bədən reaksiyaları ilə iş metodları tətbiq olunur. Bu işin nəticəsində insanda daxili dayaqlıq və özünəhörmət hissi formalaşır, “bu mənə uyğundur, bu isə hazırda mənə uyğun deyil” demək hüququ geri qaytarılır. Həddindən artıq yeməyə və şirniyyata olan güclü meyil tədricən azalır, qida ilə münasibət daha sakit və şüurlu hala gəlir”.

Mütəxəssis qeyd etdi ki, neyro qidalanma xüsusilə ziyanlı olduğunu bildiyi halda belə yeməkdə özünə “yox” deməkdə çətinlik çəkən, emosional vəziyyətə görə yeyib sonradan günahkarlıq hissi yaşayan, eləcə də allergiya və ya qida dözümsüzlüyü tarixçəsində stres və emosional faktorların açıq şəkildə hiss olunduğu insanlar üçün uyğundur:

“Burada məqsəd tibbi müalicəni əvəz etmək deyil, həkim yanaşması ilə paralel şəkildə psixosomatik komponentə zərif təsir göstərməkdir. Bu metodun əsas məqsədi yalnız artıq çəkidən azad olmaq deyil. Neyro qidalanma insanın bədəni və qida ilə hörmətə əsaslanan yeni münasibət qurmasına xidmət edir. Qidalanma ilə bağlı qərarlar artıq qorxu, günah və özünü danlama üzərindən deyil, daxili ləyaqət və özünə qayğı hissindən doğur”, - deyə Azaya Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri