Icma.az
close
up
RU
Bu siyasət dünyanı yenidən imperializmə sürükləyir AÇIQLAMA

Bu siyasət dünyanı yenidən imperializmə sürükləyir AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi bir dövrdə beynəlxalq maliyyə bazarlarının həssaslığı və geosiyasi proseslərin qarşılıqlı təsiri daha da artır.

Bu şəraitdə aparıcı ölkələrin liderlərinin monetar siyasət və makroiqtisadi perspektivlərlə bağlı verdikləri bəyanatlar beynəlxalq siyasi və iqtisadi münasibətlərə necə təsir göstərir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, qlobal liderlərin monetar siyasətə dair bəyanatları mikroiqtosadi perspektivlərlə bağlı gələcək üçün ciddi narahatlıq yaradır. Onun sözlərinə görə, dünyada sürətlə qütbləşmə gedir:

“Çin, ABŞ, Rusiya, Avropa ciddi rəqabətdədirlər. Verilən bəyanatlar əsasən siyasi maraqları hədəflədiyi üçün çox zaman iqtisadi tarazlıq nəzərə alınmadan verilir”.

Müsahibimiz bildirib ki, beləliklə də beynəlxalq siyasi və iqtisadi münasibətlərdə tərs mütənasiblik yaranır. Bu cür bəyanatlar qütbləşməni daha da dərinləşdirir və ölkələr arasındakı iqtisadi münasibətləri etibarsız duruma salır:

“Əsasən ABŞ-nin Avropaya qarşı tutumu, Çin və Rusiyanın Qərbə qarşı mövqeyi dünyada iqtisadi vəziyyəti gərginləşdirir. ABŞ-nin yalnız öz maraqlarını güdərək dünyanı təkcə biznes maraqları üzərindən yönəltməyə çalışması, Çinin bütün dünya iqtisadiyyatına nəzarət planları, Rusiyanın imperiya siyasəti və işğalları dünyanı yenidən imperializmə doğru sürükləyir".

Tural İrfan: BMT kimi təşkilatlar qlobal liderlərin bəyanatlarına heç münasibət də bildirmir

Politoloq qeyd edib ki, beynəlxalq ticarət dövriyyəsinin atması və inkişafı üçün məhdudiyyətlər, siyasi böhranlar və gözlənilən sanksiyalar maneə yaradır. Siyasi böhranlar hər zaman iqtisadiyyata ciddi təsir göstərir və münasibətlərin soyumasına gətirir ki, bu da ticarət dövriyyəsinin gedişatını ləngidir:

"Artıq beynəlxalq təşkilatların nüfuzunun və təsirinin minimuma endiyini görürük. Dünyada baş verən bir çox önəmli hadisələrə təsir göstərmək imkanı olub lakin təsir göstərməyən BMT kimi təşkilatlar qlobal liderlərin bəyanatlarına heç münasibət də bildirmir. Bütün bunlar artıq yeni dünya nizamına doğru açılan yolda fərqli reallığın meydana gələcəyinin proqnozunu verir".

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri