Icma.az
close
up
RU
“Bu, strateji sənəd kimi mühüm əhəmiyyət kəsb edir” Millət vəkili

“Bu, strateji sənəd kimi mühüm əhəmiyyət kəsb edir” Millət vəkili

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası milli mədəniyyət siyasətini yeni paradiqmaya kökləyən strateji sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Bu konsepsiya öz mahiyyətinə görə təsadüfi sənəd deyil. O, Azərbaycan dövlətinin gələcəyə baxışını, milli kimliyin möhkəmləndirilməsini, mədəniyyətin sosial iqtisadi və geosiyasi funksiyalarını təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də tətbiq olunan hərəkət planına çevirir”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

O qeyd edib ki, Konsepsiyada mədəniyyətin hərtərəfli inkişafı, rəqəmsal transformasiya, inklüzivlik və dövlət-özəl tərəfdaşlıq mexanizmləri kimi əsas istiqamətlər əhatə olunur.

“Lakin ədəbiyyat sahəsi bu sənədin mərkəzi yerlərindən birini tutur və milli kimliyin, intellektual inkişafın və kommunikasiya mədəniyyətinin formalaşmasında həlledici rol oynayır. Belə ki, konsepsiyada Azərbaycan ədəbiyyatının təbliği, ədəbi əsərlərin yaradılması və beynəlxalq səviyyədə tanıdılması xüsusi önəm daşıyır. Bu çərçivədə yeni elmi və publisistik əsərlərin hazırlanması, onların müxtəlif dillərə, o cümlədən BMT-nin rəsmi dillərinə və türk dillərinə tərcüməsi, həmçinin elmi əsərlərin keyfiyyətli və sistemli tərcüməsi məqsəd qoyulur. Bu yanaşma Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində tanınmasını təmin etməklə yanaşı, milli dilin funksionallığının artırılmasına və qlobal səviyyədə qəbul olunmasına imkan yaradacaq”.

Millət vəkili bildirib ki, ədəbiyyatın təbliği yalnız kitab nəşri və tərcümə ilə məhdudlaşmır: “Konsepsiyada bölgələrdə elmi və ədəbi yaradıcılıq üçün əlverişli mühitin yaradılması, müəlliflərin dəstəklənməsi, elmi yaradıcılığın funksionallığının artırılması, dərsliklərdə və tədris vasitələrində kulturoloji qiymətləndirmənin aparılması nəzərdə tutulur ki, bunlar ciddi amillərdir. Bu addımlar ədəbiyyat vasitəsilə şifahi və yazılı nitqin inkişafını, məntiqi və tənqidi təfəkkürün formalaşmasını, eləcə də gənc nəsillərin yaradıcılıq potensialının inkişafını təmin edəcək.

Bundan əlavə, konsepsiya “Ədiblər Azərbaycanda” və “Azərbaycan ədəbiyyatı xaricdə” layihələri vasitəsilə milli ədəbiyyatın beynəlxalq səviyyədə təqdim olunmasını hədəfləyir ki, biz illərlə elə bu məqama israrlı, istəkli olmuşuq. Qardaş Türkiyədə "TEDA" layihəsinin alternativin bizdə də yaradılması fikrini şəxsən mən dəfələrlə Milli Məclisin komitə iclaslarında səsləndirmişəm. Milli ədəbiyyatımızı dünyada tanıtmaq! Budur, Prezidentin yeni sərəncamı artıq Azərbaycan ədəbiyyatının qlobal ədəbi mühitə inteqrasiyasını, tanınmış xarici ədiblərin təcrübəsindən faydalanmasını və yerli yaradıcıların beynəlxalq platformalarda iştirakını təmin etməyə yönəlib. Bir daha təsdiq olunur ki, bu gün ədəbiyyat sahəsi həm milli mədəniyyətin qorunması, həm də Azərbaycan mədəniyyətinin dünyada tanınması baxımından strateji əhəmiyyət kəsb edən sahədir”.

“Konsepsiyada ədəbiyyatın inkişafına dair tədbirlər həm də informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə dəstəklənir. Rəqəmsal platformalar vasitəsilə ədəbi əsərlərin əlçatanlığı artırılır, eyni zamanda, Azərbaycan dilinin inkişafı və təbliği təmin olunur. Bu yanaşma ədəbiyyatı yalnız sənət forması kimi deyil, həm də bilik, kommunikasiya və mədəniyyətin inteqrasiyaedici elementi kimi ön plana çıxarır”, - deyə E.Akimova əlavə edib.

Şahanə Müşfiq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri