Bu su anbarına 130 milyon manat xərclənəcək KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi Bərgüşadçay su anbarının tikintisinin II mərhələsi çərçivəsində təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi ilə bağlı açıq tender elan edib.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 130 milyon 372 min manatdır.
Tender çərçivəsində suvarma suyu üçün DN2800 markalı, 9 980 metr uzunluğunda polad boru xəttinin çəkilməsi nəzərdə tutulur.
Satınalma sənədlərinə əsasən, işlər çərçivəsində müxtəlif dərinliklərdə boru xətlərinin çəkilməsi, üstü poliuretan xarici və epoksid boya ilə örtülmüş spiral tikişli boruların quraşdırılması, əsaslanmış səngəklərin, hamarlaşdırıcıların qurulması və digər işlər planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















