Icma.az
close
up
RU
“Bu, Suriyanın ermənipərət mövqedə olmasının bariz nümunəsi idi”

“Bu, Suriyanın ermənipərət mövqedə olmasının bariz nümunəsi idi”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“İslam Əməkdaşlıq çərçivəsində Suriya hər zaman Azərbaycanın maraqlarına qarşı çıxış edib. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan Bəşər Əsədlə çox sıx təmasda olub. N.Paşinyan Suriyada keçirilmiş saxta seçkilərin nəticəsi olaraq yenidən prezident seçilmiş B.Əsədə xüsusi təbriklərini göndərib, Ermənistanla Suriya arasında münasibətlərin çiçəklənməsi ilə bağlı ona arzularını ifadə edib, bu prosesdə Ermənistanın hər zaman B.Əsədin yanında olduğunu göstərib”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

O, Suriyada Əsəd rejiminin çökməsinin Ermənistanın maraqlarına çox ciddi zərbə vurduğunu bildirərək əlavə edib ki, Suriyada ermənilərin sayı müxtəlif mənbələrdə fərqli saylar səsləndirilirdi: “Amma aydın məsələ idi ki, Hələb və digər şəhərlərdə bəlli erməni icması yaşayırdı və onlar çox zəngin zümrənin nümayəndələri hesab olunurdu. Birinci Qarabağ müharibəsində, sonra Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğal olunduğu dönəmlərdə Suriya və Ermənistan arasında əldə olunmuş razılığa görə hətta 90 minə qədər erməniəsilli suriyalının Ermənistana köçməsi təşkil olunmuşdu və oradan da işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsi baş verirdi. Yəni bütün beynəlxalq hüquq və normalara, konvensiyalara zidd olan siyasət həyata keçirilirdi ki, bunu Ermənistan həm də Suriyanın əli ilə edirdi. Təbii ki, bu, bir İslam ölkəsi olaraq Suriya üçün yolverilməz bir hal idi. Suriya hər zaman sözdə İslam həmrəyliyini dilə gətirsə də amma görürdük ki, Azərbaycana, Türkiyəyə, Pakistana qarşı gedən səlib yürüşündə çox fəal iştirak edirdi. Bu, Suriyanın ermənipərət mövqedə olmasının bariz nümunəsi idi”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri