Icma.az
close
up
RU
Bu sürücülər 200 manatCƏRİMƏLƏNƏCƏK

Bu sürücülər 200 manatCƏRİMƏLƏNƏCƏK

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlmək olur. Bu hərəkət adətən gənclər arasında müşahidə edilir.

Musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.

Bəs bu əmələ görə sürücüləri hansı məsuliyyət gözləyir?

Bakupost.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ajans.az-a bildirdiyinə görə, bu cür davranış qanunvericiliyə ziddir və inzibati məsuliyyət yaradır:

‘’Mövcud qanunvericiliyin tələblərinə əsasən, səs siqnallarından yalnız iki halda yol-nəqliyyat hadisəsinin qarşısını almaq və yaşayış məntəqələrindən kənarda ötmə əməliyyatını həyata keçirmək məqsədilə istifadə edilməsinə icazə verilir. İctimai yerlərdə bu qaydanı pozan fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimələnə bilərlər. Fikrimcə, bu məsələyə daha ciddi nəzarət vacibdir.

Ümumiyyətlə, səs-kirliliyi insan sağlamlığına mənfi təsir göstərir və ömür müddətini azaldır. Avropa alimləri bu məsələni 10 ildən artıqdır ki, araşdırır və müvafiq tədbirlər görürlər. Təəssüf ki, ölkəmizdə bu problemin ciddiyyəti hələ də tam dərk olunmur və qarşısının alınması istiqamətində görülən tədbirlər yetərli deyil. Səs-kirliliyinə qarşı mühitə təsir edən həllər tətbiq edilməlidir. Məsələn, küçələrdə yaşıllıqların sayının artırılması və binalarda səs boğucu materiallardan istifadə bu problemin təsirini minimuma endirə bilər.

Digər tərəfdən, şəhər daxilində səs siqnallarının istifadəsi qadağan edilməli, fərdi nəqliyyat vasitələrindən çox alternativ ictimai nəqliyyat növlərinə üstünlük verilməlidir. Yalnız siqnallar və musiqi deyil, ümumilikdə avtomobil hərəkətinin yaratdığı səslər də insan psixologiyasına və sağlamlığına mənfi təsir göstərir. Səs kirliliyinin insan sağlamlığına təsirin nəzərə alaraq ona qarşı mübarizəyə daha ciddi yanaşmalıyıq’’.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri