Bu sürücünün ya qanundan xəbəri yoxdur, ya da qəsdən pozur 4 bal 150 manat VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Yollarda hərəkət edən sürücülərin böyük əksəriyyəti özünü professional, peşəkar, ən bilikli sürücü hesab edir. Lakin hərəkətlərini, davranışlarını kənardan izləyən zaman nəinki peşəkar, hətta bəzilərində ilkin vərdişlərin olmadığı aydın şəkildə görünür. Belə sürücülərdən birinin hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 30-da, paytaxtın Badamdar şosesində baş verib.
Belə ki, 77-XP-468 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü gəldiyi istiqamətdən sola dönən zaman əks yola çıxıb. O, hərəkətini əks yolda davam etdirərək qaydaları kobud şəkildə pozub. Buradan sual yaranır ki, bu sürücü bilmir ki, sola dönən zaman əks yola çıxmaq olmaz? Yoxsa qaydaları qəsdən pozur?
Qeyd edək ki, bu qayda pozuntusuna görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















