Bu tarixdə Tramp və Putinlə birgə savaşı bitirəcəyik Zelenski
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Müharibə bitəndən sonra Prezident Tramp təyyarə ilə gələn ilk lider ola bilər, məncə. Bu, simvolik olardı”, - deyə Zelenski müsahibəsində bildirib.
Zelenski Trampla müharibənin dayandırılmasını müzakirə etmək üçün mümkün görüş barədə də danışıb:
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə Trampla və Putinlə bir yerdə oturacağıq”.
O vurğulayıb ki, əgər Tramp Ukrayna üçün güclü təhlükəsizlik təminatları təklif edərsə, Rusiya ilə danışıqlara başlamaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 06 Yanvar 2025 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















