Bu tarixdən yeni avrolar buraxılacaq
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Yeni avro əskinaslarının dövriyyəyə buraxılmasına 2030-cu illərin əvvəllərindən başlanacaq. Yeni əskinaslar daha ekoloji, istifadəsi daha rahat olacaq və təkmilləşdirilmiş mühafizə elementləri ilə təchiz ediləcək.
Bu barədə Avropa Mərkəzi Bankınin (AMB) saytında məlumat verilib.
Əskinasların dizaynı ilə bağlı qərarın 2026-cı ilin sonunadək qəbul edilməsi planlaşdırılır. Tənzimləyici qurumun İdarə Heyəti qərar qəbul edərkən texniki qiymətləndirməyə, müstəqil münsiflər heyətinin tövsiyəsinə və iyulun 23-dən sentyabrın 21-dək keçirilmiş genişmiqyaslı sorğunun nəticələrinə əsaslanacaq.
Səsvermədə Avropada və digər ölkələrdə 9,96 milyon nəfər iştirak edib. Avrozonada əhalinin 2,6 faizi bu və ya digər dizayn variantına səs verib. AMB bu məsələdə gənclərin daha fəal iştirak etdiyini qeyd edib.
İştirakçılara “Avropa mədəniyyəti” və “Çaylar və quşlar” mövzuları üzrə qruplaşdırılmış 10 dizayn variantı təqdim olunub. Tənzimləyici qurum bu mərhələdə sorğunun nəticələrini açıqlamamaq qərarına gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Sentyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















