Sabahdan bu marşrut xəttinə yeni avtobuslar buraxılacaq FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabahdan 38 nömrəli marşrut xəttinə yeni avtobuslar buraxılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutun avtobusları yenilənir:
“Fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub”.
“Yeni avtobusların xəttə buraxılması ilə interval 6-7 dəqiqə təşkil edəcək və avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək”, - deyə agentlikdən bildirilib.
Baxış sayı:117
Bu xəbər 31 Yanvar 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















