Icma.az
close
up
RU
Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb etdi

Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb etdi

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"COP BMT-nin bir layihəsidir. BMT-nin bu layihəsinə Azərbaycan ev sahibliyi etməklə dünyada baş verən hadisələrə diqqətini nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, təhlükəsizlik, rahatlıq və işıqlandırılması baxımından analoqu olmayan tədbir oldu: "Ona görə ki, indiyə kimi belə tədbir bir neçə dövlətdə keçirilmişdi. Həmin dövlətlərdə rahatlıq üzrə belə işıqlandırma olmamışdı, müxtəlif problemlər yaranmışdı. Təbii ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bəşəri problemləri qaldırdı və bəşəri problemlərə biganə olmadığını nümayiş etdirdi. Tədbirin yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın həm siyasi imicinə, həm də dövlətçilik baxımından tanınmasına böyük təkan verdi.

Tədbirin keçirilməsi bir neçə faktorlardan Azərbaycana divident gətirdi. Birinci ona görə ki, Azərbaycanı dünyada tanıdılar. 80 minə yaxın nümayəndə iştirak etdi. 190-dan artıq dövlətin nümayəndəsi Azərbaycana gəldi. Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb etdi. Bu tədbiri keçirməklə Azərbaycan sabit demokratik dövlət olduğunu nümayiş etdirdi. Azərbaycan bu tədbiri təhlükəsizlik baxımından keçirməklə bir daha göstərdi ki, Azərbaycan tolerant dövlətdir. Digər dillərə, xalqlara hörmətlə yanaşan ölkədir. Xalqımızın qonaqpərvərliyi burada beynəlxalq aləmdə dünya ictimaiyyətinə təqdim edildi. Eyni zamanda sabit və təhlükəsiz dövlət olmasını dünya ictimaiyyətinə tanıtmaqla Azərbaycan turizm baxımından diqqəti özünə cəlb etdi. Çünki turizmin əsas şərtlərindən biri dövlətdə sabitlik və təhlükəsizlik olmasıdır.

Azərbaycan bu tədbirə ev sahibliyi etməklə Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini beynəlxalq ictimaiyyətə, gələn qonaqlara göstərdi".

"Tədbir həm də mənəvi, həm siyasi, həm də bəşəri baxımdan çox böyük töhfə verdi. Planet hamımızın evidir. Burada böyük və kiçik dövlət anlamı yoxdur. Azərbaycan xəritədə balaca dövlət olsa da, bu tədbiri keçirməklə Azərbaycan dünyaya böyük töhfə verdiyini, dünyada gedən proseslərə biganə olmadığını göstərdi. Bu tədbirin böyük siyasi əhəmiyyəti var idi. Azərbaycan Prezidenti tədbirdə çıxışında öz məruzəsində bu siyasi əhəmiyyəti göstərdi. Həm Azərbaycan, həm də beynəlxalq aləmdə olan problemləri bir daha dünyaya çatdırdı.

Tədbirin böyük, bəşəri əhəmiyyəti var. Çünki dünyada iqlimin dəyişməsi və iqlim dəyişikliyi ilə əlaqədar təlatümlərin yaranması bütün dövlət və xalqlarına təsir etməkdədir.

Azərbaycanın bu tədbiri yüksək səviyyədə keçirməsi onun dövlət imicinə böyük divident gətirdi. Azərbaycan demokratik, sabit, təhlükəsiz, tolerant bir dövlət olduğunu nümayiş etdirdi. Bu cür tədbirləri keçirməsi Azərbaycanın xarici siyasətinin doktrinasının tərkib hissəsidir" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see393

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see252

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see238

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see224

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see222

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see212

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see201

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see199

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see199

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see199

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see198

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see197

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see195

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see191

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see190

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see189

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see188

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see183

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see178

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri