Bu tələbələrə 200 manat təqaüd veriləcək
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Slavyan Universiteti müəllimlik ixtisaslarını seçən oğlan tələbələr üçün təqaüd proqramı elan edib
Metbuat.az xəbər verir ki, növbəti tədris ilindən etibarən Bakı Slavyan Universitetində “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarını seçən oğlan tələbələr üçün xüsusi təqaüd proqramı tətbiq olunacaq.
Proqrama əsasən, bu ixtisaslara qəbul olan və keçid balı 450-dən yüksək olan oğlan tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
Bu təşəbbüs müəllimlik ixtisaslarında gender balansını təşviq etmək və kişi müəllimlərin sayını artırmaq məqsədi daşıyır. Təqaüd yalnız dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olan, lakin minimum keçid balı tələbini qarşılayan oğlan tələbələrə şamil ediləcək.


