Icma.az
close
up
RU
Bu telefonların istifadə müddəti BAŞA ÇATIR

Bu telefonların istifadə müddəti BAŞA ÇATIR

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Çin mərkəzli texnologiya nəhəngi Xiaomi, artıq proqram yeniləməsi almayacaq telefon modellərinin siyahısını yeniləyib. 

News24.az xəbər verir ki, 2025-ci ilin iyun ayından etibarən Redmi və POCO markalarına aid olan 7 ağıllı telefon modeli üçün Android yeniləmələri sona çatacaq. 

Bu da o deməkdir ki, həmin telefonlar texniki cəhətdən işlək olsalar da, çox qısa müddət ərzində “keçmişə qarışacaq”.

Texnologiya xəbərləri saytı Gizmochinanın məlumatına görə, Xiaomi-nin EOL (“End-of-Life” – İstifadə Müddətinin Sonu) siyahısına əlavə edilən modellər bunlardır:

    •    Redmi Note 11T Pro

    •    Redmi Note 11T Pro+

    •    Redmi K50i

    •    POCO X4 GT

    •    POCO C40

    •    Redmi K40S

    •    POCO F4

Bu cihazlar 2025-ci ilin iyun ayından etibarən rəsmi proqram təminatı dəstəyi almayacaq.

YENİLƏMƏ DƏSTƏYİ NİYƏ VACİBDİR?

Bir cihazın yeniləmə siyahısından çıxarılması təkcə Android versiyasının yenilənməyəcəyi anlamına gəlmir, həm də:

    •    Təhlükəsizlik boşluqları aradan qaldırılmayacaq,

    •    Yeni tətbiqlərlə uyğunluq problemi yarana bilər,

    •    Sistem xətaları düzəldilməyəcək,

    •    Və ən əsası, cihazlar kiber hücumlara qarşı həssas olacaq.

Bu problemlər cihazın fiziki olaraq işləməsinə mane olmasa da, təhlükəsizlik baxımından ciddi risklər yaradır.

İSTİFADƏÇİLƏR NƏ ETMƏLİDİR?

Əgər bu modellərdən birini istifadə edirsinizsə, iyun 2025-dən etibarən:

    •    Cihazınızı ehtiyat nüsxələməyiniz,

    •    Məlumatlarınızı qorumağınız,

    •    Və imkan varsa, yeni bir telefona keçməyiniz tövsiyə olunur.

Bundan əlavə, Xiaomi-nin EOL siyahısına mütəmadi olaraq baxmaq hansı cihazların nə vaxt dəstəkdən çıxacağını öncədən bilmək baxımından faydalı ola bilər.

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see514

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see272

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see238

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see228

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see206

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see184

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see183

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see175

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see171

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see163

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see160

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see148

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see144

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see143

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri