Bu təşəbbüs ölkədə sui istifadə hallarının qarşısını alacaq
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hazırda dövlət idarəetməsində mütərəqqi texnologiyaların tətbiqi şəffaflığın artırılmasına mühüm töhfə verir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri çərçivəsində ağaclara QR kodlar və etiketlər yerləşdirilir. Bu kodlar vasitəsilə hər bir ağac elektron bazada qeydiyyata alınır”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.
Onun sözlərinə görə, bu layihə gələcəkdə ağacların əsassız şəkildə kəsilməsi, izinin itirilməsi və digər sui-istifadə hallarının qarşısını almağa imkan verəcək:
Amin Məmmədov
“Müvafiq dövlət qurumları tərəfindən informasiya texnologiyalarının bu formada tətbiqi təqdirəlayiqdir. Bu yanaşma gələcəkdə təbiətdən istifadə ilə bağlı digər sahələrə də tətbiq edilərsə, çox yaxşı nəticələr əldə olunacaq”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Avqust 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















