Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi MN
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov qırğızıstanlı qonaqlarla görüşüb.
Görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və daxili təhlükəsizlik mövzusunda brifinq təqdim olunub.
Tərəflər ölkələrimiz arasında hərbi təhlükəsizliyə dair əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.
Bununla yanaşı, görüşdə sözügedən istiqamətdə aktual mövzulardan danışılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 03 İyun 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















