Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alır

Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alır

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dillər Universiteti (ADU) ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkilini uğurla davam etdirir. Bu məqsədlə universitetdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanır, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ADU-nun ümumavropa məkanına inteqrasiya olmasına, rəqabət qabiliyyətinin artmasına, tədris proqramlarının beynəlmiləlləşməsinə kömək edir.

Axar.az xəbər verir ki, ADU hələ uzun illər bundan əvvəl Azərbaycan təhsil sistemində ilk dəfə olaraq öz təşəbbüsü ilə Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsi işləyib hazırlamış və 2010-cu ildən etibarən bu universitet ilə ikili diplom (2+2) proqramı üzrə əməkdaşlığa başlayıb. Qeyd edək ki, bu, Azərbaycanın təhsil sistemində bakalavr pilləsi üzrə ilk ikili diplom layihəsi idi.

Əldə olunmuş razılaşmaya əsasən, ADU-nun İngilis dili müəllimliyi ixtisası üzrə tədris planının ilk iki ili Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Esseks Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb və tələbələr ikinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən qəbul şərtlərini yerinə yetirməklə Esseks Universitetinə birbaşa daxil ola bilirlər. Artıq ADU-nun bir neçə tələbəsi Esseks Universitetindən yüksək nəticələrlə məzun olaraq hər iki universitetin diplomlarını alıblar. Gələcəkdə ADU və Essex Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq və bu tərəfdaşlıq hər iki universitet üçün əhəmiyyətli imkanlar yaradacaq.

Bu yaxınlarda isə Azərbaycan Dillər Universiteti beynəlxalq əməkdaşlıq istiqamətində növbəti mühüm addımını ataraq Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Portsmouth Universiteti ilə magistratura səviyyəsində ikili diplom (1+1) proqramını hazırlayaraq təsdiqləyib. Yeni proqram çərçivəsində ADU-da magistr təhsili alan tələbələr birinci tədris ilini doğma universitetdə davam etdirəcək, ikinci il isə Portsmouth Universitetində təhsil alaraq hər iki universitetin diplomuna sahib olacaqlar.

ADU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu təhsil modeli tələbələr üçün bir sıra üstünlüklər təqdim edir: Portsmouth Universitetinin müasir elmi-tədqiqat laboratoriyaları və resurslarından istifadə etmək imkanı tələbələrin elmi potensialını artırır, onların ingilis dili biliklərini təkmilləşdirməsinə və akademik səviyyədə istifadə etməsinə şərait yaradır. Tələbələrin iki fərqli akademik mühitdə təhsil almaları onların bilik və bacarıqlarını müxtəlif yanaşmalarla zənginləşdirir. İki universitetin diplomuna sahib olan məzunlar beynəlxalq əmək bazarında daha çox rəqabətqabiliyyətli olur və onların karyera imkanları genişlənir.

Portsmouth Universiteti ilə tərəfdaşlıq Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik platformalarda tanınması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini və tədris keyfiyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələrə daha geniş akademik və peşəkar perspektivlər vəd edən bu əməkdaşlıq həm də ADU-nun təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində atılan uğurlu addımlardan biridir.

Azərbaycan Dillər Universiteti gələcəkdə digər nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyi və tələbələrə dünya səviyyəli təhsil imkanları təqdim etməyi hədəfləyir. İkili diplom proqramları qlobal elmi və pedaqoji inteqrasiyanın inkişafına töhfə verməklə yanaşı, gənclərə beynəlxalq karyera yollarını açmaq üçün mühüm platforma rolunu oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri