Icma.az
close
up
RU
Bu universitetdə tələbələrə qadağa qoyuldu Rəsmi

Bu universitetdə tələbələrə qadağa qoyuldu Rəsmi

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir müddətdir Naxçıvan Dövlət Universitetinin həyətinə avtomobillə girişə qadağa qoyulması tələbələr arasında narazılığa səbəb olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” səhifəsi məlumat yayıb. İddia olunur ki, artıq bir neçə gündür ərazidə yalnız müəllimlərin və xüsusi statusa malik bəzi tələbələrin keçidinə icazə verilir.

Tələbə Cavad Rəcəbovun sözlərinə görə, avtomobilləri yol kənarında saxladıqları üçün cərimələnirlər: “Şlaqbaumlar qoyulandan universitet ərazisinə daxil ola bilmirik, heç parklama yerindən kənarda olan boş ərazilərə də qoymurlar. Yalnız müəllimlər, türkiyəli tələbələr və bəzi tapşırılmış azərbaycanlı tələbələr buraxılır. Buna görə özümüzü ayrı-seçkiliyə məruz qalmış hesab edirik. Bizim maşınımız dayansa, mühafizə dərhal gəlib çıxarmağımızı tələb edir, kobud davranır. Biz də məcbur qalıb kənar ərazilərdə avtomobili saxlamaq üçün yer axtarırıq. Nəticədə vaxt itkisi olur, dərsə yubanırıq. Çox zaman qayıdıb görürük ki, ya cərimə yazılıb, ya da avtomobillərimiz əzilib. Amma müəyyən tələbələrə göz yumulur”.

Digər tələbələr də onlara bərabərlik prinsipləri çərçivəsində şərait yaradılmasını tələb ediblər.

Naxçıvan Dövlət Universitetinin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sözügedən qadağa bütün şəxslərə şamil olunur:

“Nəqliyyat vasitələrinin universitet ərazisinə girişinə tətbiq edilən məhdudiyyət tələbələrin və əməkdaşların təhlükəsizliyinin təmin olunması, həmçinin universitet şəhərciyində nəqliyyat axınının tənzimlənməsi məqsədilə həyata keçirilir. Bu qərar yeni deyil və uzun müddətdir qüvvədə olan daxili təhlükəsizlik qaydalarının tərkib hissəsidir. Qadağa yalnız tələbələrə deyil, bütün şəxslərə, o cümlədən, müəllim və inzibati heyətə də şamil olunur. Universitet həyətində parklanma yalnız xüsusi ayrılmış parklanma yerlərində mümkündür. Bu qaydalar həm də piyada hərəkətinin rahatlığı məqsədini daşıyır.

Yayılan iddialarda qeyd olunduğu kimi heç bir ayrı-seçkilik və istisna hallar mövcud deyil. Türkiyəli və ya digər ölkələrdən olan tələbələr də daxil olmaqla bütün tələbələrə eyni qaydalar tətbiq olunur. Universitet rəhbərliyi tərəfindən heç kimə xüsusi imtiyaz tanınmır.

Naxçıvan Dövlət Universiteti ictimaiyyəti əmin edir ki, qəbul edilən bütün qərarlar təhlükəsizlik, intizam və idarəetmə qaydalarına əsaslanır və universitet ailəsinin hər bir üzvünün maraqlarını qorumağa yönəlib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri