Icma.az
close
up
RU
Bu universitetin tərkibində yeni məktəb YARADILACAQ

Bu universitetin tərkibində yeni məktəb YARADILACAQ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“Layihə çərçivəsində beynəlxalq standartlara uyğun yeni təhsil modeli tətbiq ediləcək”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Vilayət Vəliyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.

Rektor qeyd edib ki, məktəbin əsas üstünlüklərindən biri beynəlxalq keyfiyyət standartlarına əsaslanmadır.
Yeni yaradılacaq AZCON Mühəndislik və Texnologiya Məktəbi Azərbaycan Texniki Universitetinin tərkibində fəaliyyət göstərəcək. Əməkdaşlıq kurikulumun hazırlanması, müəllim seçimləri, keyfiyyət təminatı, potensialın artırılması və sənaye yönümlü tədris prosesini əhatə edəcək.

Proqramı uğurla başa vuran tələbələrə Azərbaycan diplomu ilə yanaşı, Münhen Texniki UniversitetiNİN (TUM) beynəlxalq sertifikatı da təqdim olunacaq. O qeyd edib ki, bu yanaşma region üçün mühüm və innovativ təhsil modeli hesab olunur.

Vilayət Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Texniki Universiteti informasiya texnologiyaları, nəqliyyat və logistika, elektrik-elektronika, metallurgiya, maşınqayırma və digər strateji istiqamətlər üzrə yüksək ixtisaslı kadr hazırlığı həyata keçirir.

O əlavə edib ki, universitetin Almaniya ilə uzun illərə söykənən güclü elmi və akademik əlaqələri mövcuddur. Rektorun sözlərinə görə, AzTU Alman akademik mübadilə proqramlarında fəal iştirak edən seçilmiş universitetlərdən biridir və universitetin 16 fəxri doktorundan 6-sı alman alimləridir.

Vilayət Vəliyev qeyd edib ki, hazırda Almaniyanın aparıcı texniki universitetləri ilə doktorantura və ikili diplom proqramları uğurla icra olunur. O bildirib ki, universitetdə Alman mühəndislik mərkəzi fəaliyyət göstərir, bəzi proqramlar alman dilində tədris olunur və DAAD tərəfindən dəstəklənən müəllimlər AzTU-da çalışırlar.

Rektor vurğulayıb ki, AzTU-da süni intellekt əsaslı tədqiqat laboratoriyaları yaradılıb, burada yüksək səviyyəli elmi araşdırmalar aparılır, məqalələr hazırlanır və innovativ layihələr həyata keçirilir (“Azərbaycan müəllimi”).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri