Icma.az
close
up
RU
Bu universitetlər rektorsuz qalıb SİYAHI

Bu universitetlər rektorsuz qalıb SİYAHI

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xatırladır ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə R.Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Bununla da, SDU-da rektor kreslosu boş qalıb. Qeyd edək ki, hazırda ölkəmizdə 35 dövlət, 9 özəl, 6 xüsusi təyinatlı ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Bəs bu elm ocaqlarının rəhbər vəzifələrində durum nə yedədir?

Bakıvaxtı.az hazırda vakant olan rektor vəzifələri ilə bağlı araşdırmanı təqdim edir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında rəhbər vəzifə vakantdır. Belə ki, təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən il keçirilən parlament seçkilərində deputat seçildiyindən İlham Əliyevin sərəncamı ilə rektor vəzifəsindən azad edilib.

Hal-hazırda sözügedən postu Akademiyanın prorektoru Qüdrət Qurbanov icra edir.

Qüdrət Qurbanov

Naxçıvan Müəllimlər İnstitunun rektor vəzifəsi də boşdur. Ölkə başçısının 27 noyabr 2024-cü ildə imzaladığı sərəncamla Azad Novruzov İnstitutunun rəhbəri vəzifəsindən azad edilib.

Azad Novruzov

Bakı Xoreoqrafiya Akademiyasında da 4 ildir ki, rektor səlahiyyətləri onun vəzifəsini icra edən şəxsə tapşırılıb. Məlumata görə, 2021-ci ildən Akademiyanın rektoru Timuçin Əfəndiyevin vəzifəsini tədris işləri üzrə prorektor Əziz Qarayusifli icra edir.

Əziz Qarayusifli

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsi də hazırda vakant postlardandır. Ali təhsil ocağının rektoru Şahin Babayev Qarabağ Universitetinə eyni posta təyinat aldığı üçün bu vəzifənin icrası MDU-nun prorektoru Üzeyir Zeynalova həvalə edilib.

Üzeyir Zeynalov

Daha çox UFAZ adı ilə tanınan Fransız-Azərbaycan Universitetində də idarəedici vəzifəyə heç kim rəhbərlik etmir. Belə ki, təhsil müəssisəsinin direktoru Vazeh Əskərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələləri üzrə prorektoru təyin edilib. V.Əskərovdan sonra UFAZ-da bu vəzifəni heç kim tutmayıb.

Vazeh Əskərov

Xüsusi təyinatlı ali təhsil müəssisələrinin bəzilərində də belə situasiya hökm sürür. Ölkəmizin daxili təhlükəsizliyində böyük rol oynayan kadrları yetişdirən Dövlət Təhlükəsizliyi Xidmətinin H.Əliyev adına Akademiyasının rəisi vəzifəsini 2019-cu ildən etibarən Akademiya rəisinin birinci müavini, polkovnik Elşad Nəsirov icra edir.

polkovnik Elşad Nəsirov

Özəl ali təhsil müəssisələrimizdən olan Azərbaycan Əmək və Əhalinin Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsi hələ ki, rəsmi olaraq heç bir şəxsə həvalə edilməyib. Ötən ilin noyabr ayında tutduğu postdan azad edilən Hüseyn Qaraşovun yerində onu müvəqqəti icra edən, Nərgiz Mikayılova təyin edilib. N.Mikayılova Akademiyanın prorektorudur.

Nərgiz Mikayılova

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri