Icma.az
close
up
RU
Universitetlər bu bölgələrə köçürüləcək SİYAHI

Universitetlər bu bölgələrə köçürüləcək SİYAHI

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir.

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.

Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir.

Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı, Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi "Yeni Müsavat"a danışıb. Mütəxəssisin fikrincə, Bakı şəhərində fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin mərhələli şəkildə bölgələrə və ya paytaxta yaxın ərazilərə köçürülməsi fikri xüsusilə tələbə kontingenti yüksək olan universitetləri əhatə edir: "Eyni zamanda şəhərin mərkəzində yerləşərək sıxlığa və infrastruktur yüklənməsinə səbəb olan ali məktəblərin paytaxtdan kənara çıxarılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bu qərarın arxasında duran əsas ideya ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 2050-ci ilə qədər Bakının yenidən qurulmasını nəzərdə tutan Baş Plan çərçivəsində formalaşıb. Həmin strategiyada ali təhsil müəssisələri üçün xüsusi universitet şəhərciklərinin yaradılması planlaşdırılır. Bu şəhərciklər yalnız tədris binalarından ibarət olmayacaq, eyni zamanda tələbə yataqxanaları, müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri və sosial infrastruktur obyektlərini də özündə birləşdirəcək. Məqsəd universitetləri bir məkanda cəmləşdirmək, vahid akademik mühit formalaşdırmaq və təhsilin keyfiyyətini yüksəltməkdir".

Elçin Əfəndi qeyd edib ki, belə bir yanaşmanın həyata keçirilməsi yalnız paytaxtın yükünü azaltmaqla məhdudlaşmır, universitetlərin bölgələrə köçürülməsi həmin ərazilərin sosial-iqtisadi inkişafına ciddi təkan verə bilər: "Yeni tələbə axını, müəllim heyətinin yerləşməsi, xidmət sektorunun genişlənməsi və ümumilikdə iqtisadi dövriyyənin artması regionlarda canlanma yaradacaq. Turizm, xidmət və digər sahələrdə də müsbət dinamika müşahidə oluna bilər. Bununla yanaşı, universitet şəhərciklərinin yaradılması təhsil prosesinə də müsbət təsir göstərəcək. Müəllim və tələbələrin eyni akademik mühitdə cəmləşməsi elmi müzakirələrin intensivliyini artıracaq, tədqiqat fəaliyyətini stimullaşdıracaq və nəticə etibarilə akademik göstəricilərin yüksəlməsinə gətirib çıxaracaq. Bu cür mühitdə innovativ yanaşmaların tətbiqi, elmi layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi daha real görünür".

Təhsil mütəxəssisi paytaxtdan köçürülə biləcək universitetlərin adlarını da açıqlayıb: "Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Mədəniyyət və İncəsənət Universiteti ola bilər. Eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən bəzi özəl ali təhsil müəssisələrinin də paytaxtdan kənarda yerləşən kampuslara köçürülməsi mümkündür.

Bu universitetlərin vahid kampus şəklində fəaliyyət göstərməsi həm tədris keyfiyyətinin artmasına, həm də tələbələrin sosial həyatının daha sistemli təşkilinə imkan yaradacaq. Digər tərəfdən, onların Şamaxı və digər regionlara köçürülməsi həmin bölgələrin inkişafına mühüm töhfə verə bilər. Beləliklə, bu təşəbbüs həm paytaxtın urbanistik problemlərinin həllinə, həm də regionların balanslı inkişafına xidmət edən strateji addım kimi qiymətləndirilə bilər".

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, işğaldan azad olunmuş bir neçə şəhəri tələbə şəhərciyinə çevrilmək mümkündür: "Bu, yalnız təhsil sahəsinin inkişafına deyil, eyni zamanda Qarabağ bölgəsinin məskunlaşmasına, iqtisadi aktivliyin artmasına və ümumilikdə regionun sosial həyatının canlanmasına mühüm töhfə verə bilər. Paralel olaraq, bu addım Bakının üzərindəki demoqrafik və infrastruktur yükünün azaldılması baxımından da əhəmiyyətli rol oynaya bilər. Burada əsas məsələ yalnız universitetlərin köçürülməsi ilə məhdudlaşmır. Söhbət tam mənada müasir standartlara cavab verən tələbə şəhərciklərinin, kampusların yaradılmasından gedir. Yəni bu, sadəcə universitet binasının başqa əraziyə köçürülməsi deyil, bütöv bir akademik-ekosistemin formalaşdırılması deməkdir. Təbii ki, belə genişmiqyaslı layihələrin həyata keçirilməsi ciddi maliyyə vəsaiti tələb edir. İnfrastrukturun sıfırdan qurulması, kommunikasiya xətlərinin çəkilməsi, müasir təhsil mühitinin yaradılması və yaşayış üçün əlverişli şəraitin təmin olunması böyük investisiya tələb edən prosesdir. Bu səbəbdən layihənin qısa müddətdə tam reallaşdırılması real görünmür. Çox güman ki, bu proses mərhələli şəkildə, bir neçə il ərzində həyata keçiriləcək.

Məhz bu baxımdan, planlı və addım-addım yanaşma daha məqsədəuyğun hesab edilə bilər. Xüsusilə Xankəndi, Ağdam və Füzuli kimi şəhərlərin tələbə şəhərciklərinə çevrilməsi bu baxımdan diqqət çəkən variantlardır. Bu şəhərlərin coğrafi mövqeyi, yenidənqurma imkanları və strateji əhəmiyyəti nəzərə alınaraq, burada müasir universitet kampuslarının yaradılması mümkündür. Belə bir yanaşma həmin ərazilərin sürətli məskunlaşmasına, yeni iş yerlərinin yaranmasına, xidmət sektorunun inkişafına və ümumilikdə Qarabağ iqtisadiyyatının dirçəlməsinə güclü təkan verə bilər".

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Aprel 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri