Icma.az
close
up
RU
“Bu, uşaqlarda daha ağır psixoloji nəticələrə səbəb ola bilir”

“Bu, uşaqlarda daha ağır psixoloji nəticələrə səbəb ola bilir”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda bu gün təşkil etdiyi ictimai müzakirədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

“Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir. Bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir.

Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatanlığı, şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Bundan əlavə, şəxsi məlumatların təhlükəsizliyi də ciddi məsələdir. Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və yerləşdikləri məkanı düşünmədən paylaşırlar. Bu isə kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər.

Saxta foto, video və səs yazıları hazırlayan texnologiyalar, avtomatik yaradılan manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirə bilər. 

Bu problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür. Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.

Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Nəzarət yalnız məhdudlaşdırmaq deyil, həm də etibar və maarifləndirmə üzərində qurulmalıdır”, - komitə sədri bildirib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri