Icma.az
close
up
RU
Bu uşaqlarda düz ayaqlılığın öz özünə düzəlmə ehtimalı daha yüksəkdir

Bu uşaqlarda düz ayaqlılığın öz özünə düzəlmə ehtimalı daha yüksəkdir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Tədqiqatlar göstərir ki, 6 yaşa qədər uşaqların təxminən 40–60%-də fizioloji düz ayaqlılıq mövcuddur.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” yayımında nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva deyib.

O bildirib ki, bu faiz yaş artdıqca azalır və 10 yaşa çatdıqda əksəriyyəti tam formalaşmış tağlara malik olur.
Onun sözlərinə görə, Avropa pediatriya araşdırmasında qeyd olunub ki, artıq çəkisi olan uşaqlarda düz ayaqlılıq daha davamlı olur və bu, ayağa düşən təzyiqin artması ilə əlaqələndirilir:

“Eyni zamanda, aktiv həyat tərzi keçirən uşaqlarda düz ayaqlılığın öz-özünə düzəlmə ehtimalı daha yüksəkdir. Düzdabanlığın səbəbləri müxtəlif ola bilər. Ən yayılmış forması fizioloji düz ayaqlılıqdır - yəni inkişaf prosesi ilə bağlı olaraq müvəqqətidir. Digər səbəblərə isə genetik meyillilik, əzələ zəifliyi və bağların elastikliyi, sürətli boy artımı, artıq çəki, neyromuskulyar xəstəliklər (serebral iflic kimi), travmalar və ya yanlış ayaqqabı seçimi daxildir. Bəzi hallarda düz ayaqlılıq ikincil olaraq sinir və əzələ sistemi problemlərinə bağlı da inkişaf edə bilər. Bu zaman daha dərin tibbi qiymətləndirmə və çoxşaxəli müdaxilə tələb olunur”.

A.Musayeva bildirib ki, düzdabanlıq - ayaq tağının olmaması və ya zəif inkişaf etməsi ilə xarakterizə olunur:

“Uşaqlarda bu vəziyyət daha çoxdur və adətən fizioloji, yəni normal inkişafın bir hissəsi kimi qiymətləndirilir. Əksər hallarda 0–5 yaş arasında uşaqlarda düz ayaq müşahidə olunur. Bu yaş dövründə ayaq əzələləri və bağ toxumaları hələ tam formalaşmadığı üçün tağ görünməyə bilər. Bu, böyüdükcə - xüsusilə 6-7 yaşda - təbii şəkildə düzəlir. Lakin bəzi hallarda düz ayaqlılıq patoloji xarakter daşıya və uşağın gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər. Əgər uşaqda ayaqlarda və ya topuqda ağrı, qısa müddətdə yorğunluq, balanssızlıq və tez-tez yıxılma, ayaqqabının qeyri-bərabər aşınması müşahidə olunursa, bu zaman ortopedik qiymətləndirmə vacibdir”.

Fizioterapevt qeyd edib ki, ortopedik içliklər, ayaq əzələlərini gücləndirən məşqlər və ayaqyalın gəzinti kimi konservativ müalicə üsulları vəziyyəti yüngülləşdirməyə kömək edə bilər:

“Ciddi və ağrılı hallarda isə fizioterapiya və nadir hallarda cərrahi müdaxilə tələb oluna bilər. Mütəxəssislər vurğulayır ki, simptom olmayan düz ayaqlılıq çox zaman müdaxiləyə ehtiyac duymur və sadəcə müşahidə kifayətdir. Amma ağrı və diskomfort varsa, erkən müdaxilə uşağın gələcəkdə daha ciddi ortopedik problemlərlə üzləşməsinin qarşısını ala bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri