Bu vergini ödəməyəcəksiniz RƏSMİ
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Obyektini başqa şəxsə icarəyə verən şəxsin VÖEN-ə malik olması vergi öhdəliyinin yaranması ilə bağlı suallar doğurur.
"Bakupost" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirib.
Qurumun açıqlamasına görə, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Əgər icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən rezident fiziki şəxsə ödənilirsə, icarə gəliri üzrə vergi öhdəliyini icarəyə götürən tərəf yerinə yetirir. Bu halda obyektini icarəyə verən fiziki şəxsin həmin gəlir üzrə ayrıca vergi ödəmək və ya hesabat təqdim etmək öhdəliyi yaranmır.
Dövlət Vergi Xidməti həmçinin bildirib ki, verginin azaldılması və ya büdcəyə çatacaq verginin hesabat təqdim edilməməklə yayındırılması maliyyə sanksiyasına səbəb ola bilər. Belə hallarda azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd edək ki, obyekt sahibinin VÖEN-də əsas fəaliyyət növünün icarə kimi göstərilməməsi məsələsi ilə bağlı vergi öhdəliyi icarə haqqının kim tərəfindən ödənilməsindən asılı olaraq müəyyənləşdirilir.
Baxış sayı:31
Bu xəbər 17 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















