Icma.az
close
up
RU
Bu vulkanlar hər an püskürə bilər?

Bu vulkanlar hər an püskürə bilər?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Vulkan püskürmələri həm insan üçün risk, həm də təbiət üçün faydalı proses hesab olunur.

Vulkanlar təhlükəli vəziyyət yaratsa da, torpaqları zənginləşdirir və ekosistemin inkişafına töhfə verir. Son illərdə ölkənin müxtəlif bölgələrində vulkan aktivliyi qeydə alınıb.

Hazırda Azərbaycanda vulkanların aktivliyi nə səviyyədədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, vulkanlar Yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gəlir:

“Dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən geoloji hadisədir. Xarakterinə görə fəaliyyətdə olan, yuxuya gedən və sönmüş vulkanlar var.

Azərbaycanda mövcud olan 353 vulkandan yarıdan çoxu quru hissənin payına düşür. Son 200 ildə həm materik hissədə, həm də Xəzərin Azərbaycan aid bölməsində 400-dən çox püskürmə qeydə alınıb. Ölkəmizdə ilk vulkan püskürməsi Xəzərdə qeydə alınıb. Bu, 1810-cu ildə baş verib.

Fəal vulkanlar Abşeron ərazisində yerləşir. Məsələn, Qobustandakı Şıxzərli vulkanı hər 2-3 ildən bir püskürür, Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki, Lökbatan, Şamaxı-Qobustan bölgəsində Quşçu, Şıxzərli vulkanları tez-tez püskürür.

Digər vulkanlar isə 5-10 ildən, bəziləri 25 ildən sonra püskürürlər. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir.

Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır”.

Onun sözlərinə görə, hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir:

“Keçən əsrin müxtəlif illərində palçıq vulkanı fəaliyyətində aktivləşmə qeydə alınmışdır və püskürmələrin sayı həmişəkindən çox olmuşdur. 

Son illərdə palçıq vulkanlarının aktivləşməsi 24 ilə əvvələ təsadüf edir. 16 püskürmədən ikisi dənizdə, üçü Abşeron yarımadasında, digərləri Qobustanda baş verib. Xüsusilə intensiv fəaliyyət Durandağ və Çapılmış palçıq vulkanlarında qeydə alınıb”.
E. Cəfərov qeyd edib ki, vulkanlar təbii olaraq çox faydalıdır, onların palçığı müalicəvi xüsusiyyətlərə malikdir:

“Zəngin mikroelementlər - bor, manqan, yod ehtiva edən palçıq dəri xəstəlikləri, oynaq ağrıları üçün faydalıdır. Vulkanik aktivlik neft və qaz yataqlarının formalaşmasında əsas rol oynayır, bu da enerji hasilatı üçün vacibdir. 

Vulkanlar geotermal enerji qaynaqlarının formalaşmasına təsir edir, kənd təsərrüfatı üçün əhəmiyyətlidir. Belə ki, vulkan külləri və lava parçalanaraq zəngin minerallı, münbit vulkanik torpaqlar yaradır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri