Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

“Bu xidmətdən ildə 30 dəfə istifadə etmək olar...” Video

“Bu xidmətdən ildə 30 dəfə istifadə etmək olar...” Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Uzun illər onurğa yırtığından əziyyət çəkmişəm. Ötən ilin avqust-sentyabr aylarında isə ağrılar kəskinləşdi, sağ ayağım 80 % fəaliyyətini itirdi. Məcbur olub xəstəxanaya müraciət etdim. İcbari tibbi sığorta hesabına cəmi 10 günlük fizioterapevtik müalicədən sonra itirilmiş sağlamlığım bərpa olundu. Məni əməliyyatın bir addımlığından qaytardılar...”

Bu fikirləri “Qafqazinfo”ya Pirallahı sakini Oktay İsayev bildirib.

Sağlamlığına qovuşan pasiyenti müalicə aldığı Pirallahı Tibb Mərkəzinə gətirən isə təkrar müayinədir. Fizioterapiya şöbəsinin müdiri, müalicə həkimi fizioterapevt - vertebroloq Orxan Eyyublu pasiyenti müayinə edərək son tapşırıqlarını verir.

Burada əvvəllər cəmi bir kabinetdə, bir müalicə proseduru ilə icra edilən fizioterapiya icbari tibbi sığortanın tətbiqindən sonra ayrıca şöbə kimi fəaliyyət göstərir. Artıq xəstəxanada il ərzində yüzlərlə pasiyentə 4 mindən çox prosedur icra olunur.

“Bura gələndə pilləkənləri qalxa bilmirdim, indi rahat qalxıram...”

Gəlişimiz gərgin iş saatlarına təsadüf etdiyindən növbəyə yazılan pasiyentlərlə söhbətləşmək imkanımız olur. 57 yaşlı Pirallahı sakini Məsumə Zeynalova 11-ci gündür fizioterapiya olunur: “İnsult keçirmişdim, qolumda keyimə var idi. İcbari tibbi sığorta hesabına müalicə olundum. Nəticəsini görürəm, çox yaxşıdır. Bura gələndə pilləkənləri qalxa bilmirdim, amma indi rahat qalxa bilirəm...”

“Əvvəl vətəndaşlar fizioterapiyadan ötrü 50-60 km qət edib şəhərə getməli olurdular”

O.Eyyublu bizi şöbədə yeni alınmış cihazlarla tanış edir. Həkimin sözlərinə görə, maddi-texniki bazanın yenilənməsi qonşu rayonlardan da bura xəstə axınına səbəb olub: “İcbari tibbi sığortanın tətbiqindən öncə xəstəxanada fizioterapiya üçün bir ultrafonoforez cihazı var idi. Sonra fizioterapiya şöbəsi yaradıldı, 10-a yaxın cihaz alındı, indi 10-15 prosedur tətbiq olunur. Əvvəl vətəndaşlar fizioterapiyadan ötrü 50-60 km qət edib şəhərə getməli və qayıtmalı olurdular. Bu da müalicənin effektsizliyinə gətirib çıxarırdı. Hazırda isə vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edib, icbari tibbi sığorta hesabına bütün təklif olunan xidmətlərdən yararlana bilirlər”.

Həkimin sözlərinə görə, hazırda xəstəxanada icbari tibbi sığorta hesabına elektroforez, qalvanik cərəyan, tens, vakuum terapiyası, aşağı tezlikli maqnit

terapiyası, diaqonal terapiya, ultra yüksək tezlikli terapiya və digər prosedurlar icra olunur.

“6 aydan bir gəlmirsə, zəng edib xəbərdar edirik...”

Şöbə müdirinin sözlərinə görə, tibbi göstərişə əsasən vətəndaşa il ərzində 90 fizioterapiya proseduru icra oluna bilər: “Xəstə qeydiyyata yaxınlaşır, diaqnoz qoyulur və il ərzində 30 dəfə fizioterapiya xidmətindən istifadə edə bilir. İcbari tibbi sığorta hesabına hər dəfəsində maksimum 3 prosedur, il ərzində 90 prosedur almaq mümkündür. Təkcə Pirallahı rayonundan deyil, ətraf rayonlardan da bizə müraciətlər olur. Bu da xidmət təşkilinin yüksək səviyyədə olmasını göstərir”.

Şöbədəki mehriban atmosfer diqqətimizdən yayınmır. Elə həkimdən də öyrənirik ki, əgər pasiyentlər 6 aydan bir gəlmirsə, zəng edib müayinə ilə bağlı onları xəbərdar edirlər.

Gülnar Əliyeva

Foto-video: Xəyal Vəlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri