Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bu yayın səyahət xərcləri TURLAR VƏ QİYMƏTLƏR

Bu yayın səyahət xərcləri TURLAR VƏ QİYMƏTLƏR

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay fəsli turizm mövsümünün canlandığı dövr hesab edilir. Bu, bir tərəfdən havaların isti keçməsi ilə bağlıdırsa, digər tərəfdən də məzuniyyət dövrünün məhz yaya təsadüf etməsindən qaynaqlanır. İstirahət üçün insanlar bölgələlərlə yanaşı, xarici ölkələrə üz tuturlar. Quru sərhədlərinin bağlı olması heç də ölkə xaricinə səyahətlər üçün maneə deyil. Rəsmi statistika göstərir ki, son 4 ildə yay aylarında istirahət üçün Türkiyəyə, Avropaya, hətta tropik iqlimə malik ölkələrə üz tutan azərbaycanlıların sayı artıb.

Məsələn, ötən ilin yayında 301 min 167 nəfər azərbaycanlı Türkiyəyə, 54 min 341 nəfər Gürcüstana səfər ediblər. Bundan əlavə, 20,922 nəfər BƏƏ-yə, 7,918 nəfər İtaliyaya, 6,040 nəfər Almaniyaya, 5,503 nəfər Monteneqroya, 5,454 nəfər Macarıstana, 4652 nəfər Misirə gedib. Bu səfərlər tur paketlər, eləcə də şəxsi təşəbbüslə reallaşıb.Bəs, bu yay səfərlər daha çox hansı istiqamətlərə gözlənilir, qiymətlər necə dəyişir? Suala cavab tapmağa çalışdıq.

Araşdırmalarımız göstərdi ki, hazırda Azərbaycan Hava Yollarının (AZAL) sərnişinlərə xüsusi təklifi Bodruma səfərlər üzrədir. Bu hava yolları şirkətindən Bodruma bilet alanlar "Resort & Spa Hotel"də gecələməyə 15% endirim qazanırlar. Hoteldə qalınmasa belə, AZAL minik talonunu göstərməklə restoranlarda və SPA xidmətlərində (çimərlik və hovuz istisna olmaqla) 10% endirim əldə etmək mümkündür. Bu fürsət, oteldə gecələyən sərnişinlər üçün də keçərlidir.

Bundan əlavə aviaşirkət Vyana, London, Barselona və Dubaya endirimli biletlər təklif edir. Bu endirimli qiymət həftənin müəyyən günlərində şamil edilir.

Ən sərfəli qiymətlərlə yuxarıda adıçəkilən istiqamətlərə biletlərin qiymətlərini hesablamağa çalışdıq. Məlum oldu ki, iyunun 3-də Vyanaya gediş bileti 380 manat, həmin ayın 10-na geri dönüş bileti isə 408 manat təşkil edir. Barselonaya iyunun 5-də uçuş 798 manat, iyunun 10-u üçün qayıdış 664 manatdır. Londona iyunun 6-da bilet 370 manat, iyunun 11-də geri dönüş 554 manatdır. Dubaya iyunun 1-də uçuş 213 manat, iyunun 11-də geri dönüş 204 manatdır.

Səyahət şirkətlərinin satdıqları bilet qiymətlərinə gəlincə, bir istiqamət üzrə Budapeştə 350, Madridə 459, Barselonaya 445, İstanbula 190 manat təşkil edir.

Xarici səfərlər üçün təklifləri daha geniş olan tur şirkətlərinin qiymətlərini araşdırdıq. Yeri gəlmişkən, nəzərə alsaq ki, tur şirkətləri Qərbi Avropa dövlətlərinə səyahət üçün tələb olunan vizanın alınması prosedurunu da üzərlərinə götürürlər və bir çoxları məhz biletlərini batmaqdan sığortalamaq üçün tur paketinə üstünlük verirlər.

Bu mövsümün trendi olan İtaliya-İspaniya istiqamətində səfərlər üzrə tur paketinin qiymətindən başlayaq. Sosial şəbəkələrdə reklam edilən 21-28 iyula planlaşdırılan, bir nəfər üçün dəyəri 1640 dollar olan İtaliya-İspaniya turunun şərtlərinə aviabilet (əl yükü ilə), hoteldə gecələmə, səhər yeməyi, şəhərlərarası transfer, viza dəstəyi, səyahət sığortası daxildir. Bakı-Roma-Bakı bileti "Wizz air" aviaşirkətindən alınır. Roma-Florensiya, Milah - Barselona, Barselona-Roma biletləri isə "Rynair" aviaşirkətindən alınacaq.

Tur qiymətinə viza rüsum, muzeylərə giriş, şəhər vergiləri, əlavə baqaj daxil deyil. Yeri gəlmişkən, bu aviaşirkətlərdə baqaj biletdən baha olur. Məsələn, 20 kq baqaj 290 dollardı. Viza rüsumu isə ölkələr üzrə dəyişir. Elə muzeylərin qiymətləri də.

Vizasız səyahət mümkün olan Monteneqro turuna gəldikdə isə 3 ulduzlu hoteldə qalmaq şərtilə səyahət 1160 azn təşkil edir. Paketə aviabilet, transfer, sığorta, oteldə gecələmə və səhər yeməyi daxildir.

Tropik iqlimi, sakit çimərlikləri ilə məşhur olan Baliyə səyahətin şərtləri də maraq doğurur. Məsələn 3 ulduzlu hoteldə qalmaq şərti ilə bir nəfərlik tur 1579 dollar, 5 ulduzlu hotel üçün isə 2375 dollar təşkil edir. Qiymətə daxildir - aviabilet, qidalanma, baqaj 10 kq, 8 gün gecələmə.

Son illər azərbaycanlıların daha çox üz tutduqları Şarm Əl -Şeyxə turların qiymətlərinə gəlincə, 7 gecə 8 günlük tur 730 manatdan başlayaraq 2900 dollara qədərdir. Qiymətlərə əsasən hotellərin ulduzları təsir göstərir. Turun qiymətinə aviabilet, transfer, hoteldə gecələmə, gündə 3 dəfə qidalanma daxildir.

Balkanlara (Serbiya-Bosniya-Monteneqro- Albaniya) iyunun 9-dan 16-na qədər yeddi günlük tur paketinin dəyəri 1450 avrodan başlayır. Tura daxildir aviabilet (əl yükü daxil), panoramik turlar, hoteldə gecələmə, səhər yeməyi, səyahət sığortası. Qiymət 2 və 3 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.

Antaliyaya 7 gecəlik turun dəyəri 950 manatdan başlayır. Təbii ki bu istiqamətdə də tur paketlərin qiymətlərində hotellərin ulduzları mühüm təsirə malikdir. 950 manat tur paketi 3 ulduzlu hoteldə dincəlmək üçün hesablanıb. Antaliyada 5 ulduzlu hoteldə dincəlmək istəyənlər tur paketinə azı 2340 manat ödəməlidirlər.

Bodruma turlar isə bir qədər bahadır. aviabilet, sığorta daxil 6 gecə 4 ulduzlu hoteldə gecələmək 1125 manat təşkil edir. 5 ulduzlu hotellər üzrə turun dəyəri 2130 manatdır.

Göründüyü kimi müxtəlif qiymətlərə tur paketləri, o cümlədən səhayət biletləri var. Yerdə qalır seçim etmək.

“Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndinin sözlərinə görə, 2025-ci ilin yay mövsümündə azərbaycanlı turistlərin istirahət istiqamətləri bir neçə region üzrə cəmlənib. Və Türkiyə hələ də ən populyar istiqamət olaraq qalır:

“Xüsusilə Antalya, Bodrum, Kuşadası, Marmaris və Alanya kimi şəhərlərə səyahətlər daha çox olacaq. Türkiyənin vizasız rejimi, mədəni yaxınlıq və geniş turizm infrastrukturu bu seçimi təsir edir. Bir məqamı da qeyd edim ki, əvvəllər turistlərin 80%-i Türkiyəni seçirdisə, bu il bu rəqəm 50%-ə düşüb. Hotellərin qiymətlərində 100-200% artım və avro/dollar məzənnəsinin yüksəlməsi bu azalmada əsas rol oynayır.”

Dübəndi qeyd etdi ki, Avropaya – xüsusilə Monteneqro, Çexiya, Fransa və İtaliya kimi ölkələrə – maraq da nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda, Misir və BƏƏ də populyar istiqamətlər arasında yer almağa davam edir:

“Yay aylarında yüksək temperatur səbəbindən Şarm Əl-Şeyx və Dubaya səfərlərdə müəyyən azalma var. Gürcüstan isə münasib qiymətlər və yaxınlıq səbəbindən sabit populyarlığını qoruyur.”

Qiymətlərə gəlincə, o bildirib ki, ən ucuz istiqamətlər Gürcüstan və Alanya hesab olunur – burada 6 gecə / 7 gün səyahət paketlərinin qiyməti 450-550 dollar aralığındadır.

Bahalı istiqamətlər Monteneqro və Xorvatiya üzrədir. 1 həftəlik səyahət paketlərinin qiyməti 550 avrodan başlayır, Asiya ölkələrinə isə səyahət xərcləri 3000-15 000 dollar arasında dəyişir.

Ceyhun Aşurov: “Qiymət amili turistlərin istiqamətini dəyişir”

Turizm üzrə ekspert Ceyhun Aşurovun fikrincə, azərbaycanlı turistlər yay mövsümündə daha çox Gürcüstan, Türkiyə, eləcə də Şərqi və Qərbi Avropa ölkələrini seçirlər:

“Eyni zamanda, Misir və Körfəz ölkələrinə də səfər edənlər var. Baxmayaraq ki, yayda çox isti olur, qısamüddətli səfərlər olur”.

Ekspert əlavə etdi ki, Türkiyədə qiymətlərin bahalaşması turistləri alternativ istiqamətlərə yönəldib:

“Turistlərin 30%-i qiymət amilinə görə Türkiyə əvəzinə digər ölkələrə - Misirə üz tutur. Misirdə 5 ulduzlu hotellərdə istirahət daha sərfəlidir. Türkiyədə ümumi qiymət artımı olmasa da, tur-paketlərin dəyəri son illər 50%-ə qədər yüksəlib. Bu da səyyahların qərarlarına birbaşa təsir göstərir".

Yeri gəlmişkən "2025 Yay Mövsümü Türkiyə Turizm və Otelçilik Hesabatı" -na görə qonşu ölkədə orta hotel qiymətləri 118 dollar təşkil edir. Bodrumda bu göstərici daha yüksəkdir. Belə ki, Bodrumda hoteldə 1 günlük gecələmə 590 dolları təşkil edir ki, bu da bölgəni Avropanın ən bahalı istirahət məkanına çevirib. Daha bir vacib məqam:Türkiyə Statistika Komitəsinin məlumatına görə, bu ilin 1-ci rübündə restoran və hotellər üzrə qiymət indeksi 1,4% artıb.

Mövzu ətrafında turizm şirkətlərinin sorğularımıza cavabı fərqli oldu.

“Go Travel” şirkətinin direktoru Pərvin Mustafayevanın sözlərinə görə, hazırda yerli turistlərin 70%-i Türkiyə və Misiri, 30%-i isə Avropa ölkələrini seçir. Türkiyədə qiymətlər artsa da, Antalya, Marmaris və Bodrum kimi bölgələrə maraq yüksək olaraq qalır. 5 ulduzlu otellərdə qiymətlər 1700 dollardan başlayaraq 17-20 min dollaradək yüksəlir.”

Mustafayeva onu da əlavə etdi ki, aprel ayından Antalyaya səfərlər başlayıb, iyun ayından isə digər bölgələrə tur paketlərin satışının artması gözlənilir.

“Baku Tour” şirkətinin tur meneceri Ləmiyə Əbdürrəhmanova da Misir, Monteneqro və Türkiyəyə tələbatın yüksək olduğunu təsdiqlədi: “Ən münasib istiqamətlər arasında Alaçatı və Alanya var. Kəmər, Belek və Kuşadası isə daha bahalı bölgələrdir.”

“Victory Tour” şirkətinin tur meneceri Ülviyyə Hüseynova isə qeyd edir ki, Misir hazırda ən ucuz istiqamətlərdən biridir. Monteneqro və Avropa isə daha bahalıdır:

"Ailəvi istirahət üçün Türkiyə seçilir. Alanya münasib, Belek isə daha bahalı bölgədir.”

Travel şirkətlərinin səhayət paketlərini araşdırdıq.

Məlum oldu ki, "Yelo Travel" şirkətində Tbilisiyə 5 günlük tur 365 ABŞ dollarına, Bodruma 6 günlük tur 550 dollara, Dubaya 4 günlük tur isə 255 dollara təklif edir. Həmçinin Monteneqroya 8 günlük səyahət paketi 549 avroya, Tailandda 11 günlük səyahət paketi 1275 dollarına satılır.

"Pasha Travel" şirkəti Yunanıstana 8 günlük tur paketlərini 445 avrodan başlayan qiymətlərlə, Monteneqroya isə 4 günlük səfərləri 660 avroya təklif edir.

"King Travel" 7 günlük Praqa səfərini 649 dollara, Amsterdam, Barselona və Romaya 3 günlük qısa turları 840 dollara satır. Parisə 6 günlük tur 549 avro təşkil edir. Bu qiymətə ekskursiyalarla yanaşı bələdçi xidməti də daxildir.(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:329
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 May 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri