Icma.az
close
up
RU
Bu yolda qəzalar işıqfor olmadığına görə baş verir? VİDEO

Bu yolda qəzalar işıqfor olmadığına görə baş verir? VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

“Tərtər rayonunun Elman Səfərov küçəsində nəvəsi ilə birlikdə yolu keçən anamı avtomobil vurub. Hadisə oktyabrın 21-də piyada zolağının üstündə baş verib, hələ də vəziyyəti ağırdır. Bu yolda dəfələrlə piyada vurulması və ölüm hadisələri baş verib. İşıqfor olmadığından sürücülər oradan yüksək sürətlə keçirlər”.

Bu şikayətlə qafqazinfo-ya həmin ərazidə yaşayan sakin Türkan Qurbanlı müraciət edib.

Onun sözlərinə görə, sözügedən küçədən keçmək getdikcə təhlükəli hal alır: “Biz sakinlər istəyirik ki, həmin küçəyə işıqfor qoyulsun. Həm yaşayış binalarının, həm də uşaq bağçasının qarşısı olduğundan orada daim gediş-gəliş olur, gündə bir neçə dəfə balaca uşaqlar yolu keçmək məcburiyyətində qalırlar. Əgər tədbir görülməsə, həmin küçədə piyada vurulmaları və ölümlərin sayı artacaq”.

Problemlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Tərtər şəhərində 1.5 kilometr uzunluğu olan Elman Səfərov küçəsinin Heydər Əliyev və Nizami küçələri ilə kəsişməsində ışıqfor obyekti quraşdırılmaqla, aralarındakı məsafə 200 metr olan iki eynisəviyyəli yerüstü piyada keçidləri salınıb: “DYP-nin dislokasiya üzrə mütəmadi olaraq sözügedən ərazidə xidmət aparmasını da nəzərə alsaq, həmin küçədə qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlaqələndirmək doğru olmazdı. Aparılan təhlilər göstərir ki, adətən şəhərdaxili yollarda baş verən qəzaların başlıca səbəbi sürücülərin sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi, eyni zamanda piyadaların da yol hərəkəti qaydalarına biganə yanaşmasından qaynaqlanır”.

İdarədən, həmçinin bildirildi ki, bununla yanaşı, qeyd olunan küçədə sürət rejiminə riayət etməyən sürücülərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Noyabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri