Icma.az
close
up
RU
Bu zərbələr Rusiyaya 74 milyard dollar zərər vurub Hədəfdə Omskdakı nəhəng neft emal zavodu ola bilər

Bu zərbələr Rusiyaya 74 milyard dollar zərər vurub Hədəfdə Omskdakı nəhəng neft emal zavodu ola bilər

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Donald Tramp Rusiyanı müharibəni dayandırmağa razı salmaq üçün hələ 6 aya ehtiyac duyur. Onun sözlərinə görə, bəzən Moskva ilə danışıqlarda irəliləyiş əldə olunsa da, prezident Tramp tez-tez rusiyalıların mövqeyindən məyus olur.

Vens Rusiyanın artıq Kiyevdə marionet rejim qurmaq niyyətindən əl çəkməsini əhəmiyyətli güzəşt kimi təqdim etsə də, Kreml öz hərbi məqsədlərindən geri addım atmayıb. Tramp bir neçə aydır Moskvaya yeni sanksiyalarla hədə-qorxu gəlir, lakin bu sanksiyalar hələlik tətbiq olunmayıb.

“The Wall Street Journal” yazır ki, Trampın “sülhməramlı diplomatiyası” indiyədək heç bir nəticə verməyib. Rusiya XİN rəhbəri Sergey Lavrov NBC-yə müsahibəsində ABŞ-nin təşəbbüslərini bir daha rədd edib və Kreml hədəflərinin dəyişmədiyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Kiyev Rusiyaya zərbə endirmək üçün ABŞ-nin razılığını gözləmir: “Biz öz istehsalımız olan uzaqmənzilli silahdan istifadə edirik və bu məsələləri artıq Vaşinqtonla müzakirə etmirik”.

Baş Qərargahın məlumatına görə, Ukrayna ordusu Donetsk vilayətində bir neçə kəndi - Mixaylovka, Zelenıy Qay və Vladimirovkanı azad edib. Baş komandan Aleksandr Sırski düşmənin ciddi itkilər verdiyini açıqlayıb.

Eyni zamanda, “The Moscow Times” yazır ki, avqust ayında Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına hücumları nəticəsində Rusiyanın emal gücü 13,5% azalıb. Bu hücumların Kremlin illik gəlirlərinə vurduğu zərər 74 milyard dollar həcmində qiymətləndirilir.

Ukrayna ordusunun silah arsenalı da genişlənir. Kiyev “Flamingo” adlı yeni qanadlı raketlərin seriyalı istehsalına başladığını açıqlayıb. 3 min kilometr uçuş məsafəsinə malik bu raketlər bir tondan artıq döyüş başlığı daşıya bilir.

Hərbi ekspert Roman Svitanın sözlərinə görə, “Flamingo” Rusiya ərazisinin dərinliklərində yerləşən strateji obyektlərə, o cümlədən Qazaxıstandan keçən iri qaz kəmərlərinə və Omsk neft emalı zavoduna çata bilər.

Bununla yanaşı, ABŞ Ukraynaya daha uzun mənzilli raketlərin satışına razılıq verib. Lakin rəsmi Vaşinqton hələ də bu raketlərin Rusiya ərazisinə qarşı istifadəsinə məhdudiyyətlər qoyur.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri