Budağında 20 qəpik, qadınların əlində isə 60 qat dəyər qazanır FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Türkiyədə qadınların əməyi və sahibkarlıq ruhu təbiətdən gələn sadə məhsulları yüksək gəlirli sənət əsərlərinə çevirir. Xüsusilə kənd yerlərində yaşayan qadınlar, bağ-bağatdan topladıqları və kiloqramı cəmi 5 lirə (2o qəpik) olan məhsulları emal edərək qiymətini 60 dəfə artırmağı bacarırlar.
Milli.Az xəbər verir ki, qadınlar təbiətdən topladıqları şam qozaları, müxtəlif yabanı bitkilər və meyvələri xüsusi üsullarla emal edirlər. Məsələn, meşədən toplanan şam qozasının kiloqramı xam halda cəmi 5 lirəyə satılırsa, qadınlar ondan hazırladıqları qoza mürəbbəsi və ya qoza bəkməzi (doşabı) ilə bu qiyməti 300 lirəyə qədər qaldırırlar.
Qadın kooperativləri və fərdi sahibkarlar tərəfindən istehsal edilən əsas məhsullar bunlardır:
Mürəbbə və bəkməzlər: Şam qozası, qızılgül, badımcan və digər meyvələrdən hazırlanan təbii məhsullar.
Qurudulmuş tərəvəzlər: Bibər, badımcan və pomidor quruları.
Əl işləri: Təbii materiallardan hazırlanan dekorativ bəzək əşyaları.
Bu proses təkcə iqtisadi qazanc deyil, həm də qadınların sosial həyatda və iqtisadiyyatda daha aktiv rol almasını təmin edir. Dövlət və yerli qurumlar tərəfindən dəstəklənən qadın kooperativləri sayəsində bu məhsullar artıq nəinki yerli bazarda, hətta internet üzərindən xarici ölkələrə də göndərilir.
Qadınlar bildirilər ki, məqsədləri sadəcə məhsul satmaq deyil, həm də kəndin və bölgənin adını bir "brend" olaraq tanıtmaqdır. "Budağında qalsa çürüyəcək və ya çox ucuz satılacaq bir meyvə bizim əlimizdə qızıl dəyəri qazanır" - deyə istehsalçı qadınlar vurğulayırlar.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 12 Yanvar 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















