Budanov: “Ən pis ssenariyə hazırlaşmalıyıq” KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin qış başlamazdan əvvəl başa çata biləcəyi ilə bağlı fikirlərini şərh edib.
KONKRET.az xəbər verir ki, Budanov “Novini.LIVE”a açıqlamasında bildirib ki, müharibənin yaxın zamanda başa çatacağına ümid etmək lazımdır, lakin mümkün risklər də nəzərə alınmalıdır.
“Gəlin yaxşı nəyəsə inanaq, amma realist olmalıyıq və ən pis ssenariyə hazırlaşmalıyıq”, – deyə o bildirib.
Prezident Ofisinin rəhbəri gələn ay keçirilməsi planlaşdırılan Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli görüşünün gündəliyinə də toxunub. Onun sözlərinə görə, tərəflər enerji infrastrukturuna zərbələrin azaldılması, təhlükəsizlik, gəmiçilik və digər texniki məsələləri müzakirə edə bilərlər.
“Birincisi, belə bir görüş planlaşdırırıq. İkincisi, enerji sektoruna zərbələrin azaldılması məsələsi var. Ümumiyyətlə, terror normal hal deyil. Təhlükəsizlik, gəmiçilik və sair məsələlər də gündəmdə olacaq. Bizim çoxlu texniki məsələlərimiz var”, – Budanov qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə müharibənin başa çatdırılması üçün danışıqlar aparmağa çağırıb. Tramp jurnalistlərə açıqlamasında Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə, Putinin isə Zelenski ilə razılığa gəlməsini istədiyini bildirib.
ABŞ liderinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində hər ay on minlərlə insan həyatını itirir. Tramp iki ay əvvəl 32 min, ötən ay 33 min, cari ayda isə 25 min nəfərin öldüyünü iddia edib və onların əsasən hərbçilər olduğunu bildirib.
Tramp həmçinin Ukrayna və ABŞ-ın danışıqlara hazır olduğunu deyərək, tərəflərin “bəlkə də sərt qış başlamazdan əvvəl” razılaşma əldə edə biləcəyinə ümid etdiyini söyləyib.
Bloomberg-in sentyabrın 25-də yaydığı məlumata görə, Tramp BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə görüş zamanı ona Moskva şəhərinə gedərək Putinlə görüşməyi təklif edib. Agentliyin mənbələri Zelenskinin bu təklifdən imtina etdiyini bildirib. Lakin Ukrayna Prezident Ofisi Trampın Zelenskiyə Moskvaya getməyi təklif etdiyini rəsmi şəkildə təkzib edib.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 27 Sentyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















