Icma.az
close
up
RU
Büdcə xərcləri 2% az olacaq

Büdcə xərcləri 2% az olacaq

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Sənəddə qeyd olunur ki, ümumilikdə 2026-cı il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,5 faizi həcmində və ya 24 milyard 713,1 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 488,5 milyon manat və ya 1,9 faiz az), əsaslı xərclərə ümumi xərclərin 33,5
faizi həcmində və ya 13 milyard 691,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 352,6 milyon manat və ya 2,5 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 6 faizi həcmində və ya 2 milyard 457,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
2026-cı ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2 milyard 457,6 milyon manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1 milyard 400 milyon manat, daxili dövlət borcu üzrə isə 1 milyard 57,6 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Gözlənilən 2026-cı il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 5 milyard 518 milyon manata qarşı 5 milyard 462,8 milyon manat və ya 55,2 milyon manat (1 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4 milyard 873 milyon manata qarşı 4 milyard 824,2 milyon manat və ya 48,7 milyon manat (1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 632,1 milyon manata qarşı 625,8 milyon manat və ya 6,3 milyon manat (1 faiz), ətraf mühitin mühafizəsi xərcləri təsdiq olunmuş 415,8 milyon manata qarşı 411,6 milyon manat və ya 4,2 milyon manat (1 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3 milyard 336,3 milyon manata qarşı 3 milyard 286,2 milyon manat və ya 50 milyon manat (1,5 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 8 milyard 717,6 milyon manata qarşı 8 milyard 562,8 milyon manat və ya 154,7 milyon manat (1,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 2 milyard 24,3 milyon manata qarşı 1 milyard 987,3 milyon manat və ya 37,1 milyon manat (1,8 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 226,5 milyon manata qarşı 1 milyard 202 milyon manat və ya 24,5 milyon manat (2 faiz), iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 856,6 milyon manata qarşı 7 milyard 699,5 milyon manat və ya 157,1 milyon manat (2 faiz), təhsil xərcləri təsdiq olunmuş 5 milyard 16,4 milyon manata qarşı 4 milyard 880,1 milyon manat və ya 136,3 milyon manat (2,7 faiz), mənzil və kommunal təsərrüfatı xərcləri təsdiq olunmuş 334,5 milyon manata qarşı 321,3 milyon manat və ya 13,2 milyon manat (3,9 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə təsdiq olunmuş 1 milyard 752,5 milyon manata qarşı 1 milyard 598,9 milyon manat və ya 153,7 milyon manat (8,8 faiz) az proqnozlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri