Büdcə xərclərinin bir hissəsi elmi tədqiqatlara ayrılsın Deputatdan təklif
Icma.az bildirir, Olke.az portalına istinadən.
Növbəti illərdə müdafiə büdcəsinin 1-2 faizi elmi-tədqiqat və innovasiyalara, 2-3 faizi isə kibermüdafiə, rabitə və kadr hazırlığına yönəldilsin.
Ölkə.az xəbər verir ki, bunu deputat Səbinə Salmanova Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zaman deyib.
S.Salmanova bildirib ki, 2026-cı il üçün “Müdafiə və milli təhlükəsizlik” bölməsi üzrə 8 milyard 714 milyon manat vəsait nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 318,5 milyon manat çoxdur və ümumi büdcə xərclərinin 21 faizini təşkil edir.
Deputat qeyd edib ki, hazırda müdafiə sahəsində elmi-tədqiqat və innovasiyalara ayrılan vəsait ümumi xərclərin 1 faizinə belə çatmır, halbuki müasir dövrdə bu göstərici daha yüksək olmalıdır.
“Biz artıq XXI əsrin intellektual savaşları dövrünə qədəm qoymuşuq. Burada silahın sayından çox, ağlın gücü, texnologiyanın üstünlüyü və süni intellektin tətbiqi həlledici rol oynayır”, - Salmanova vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















