Icma.az
close
up
RU
Büdcə xərclərinin icrasında müsbət dinamika...

Büdcə xərclərinin icrasında müsbət dinamika...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Hesablama Palatası “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib

Hesablama Palatası (HP) “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib. Rəydə bildirilir ki, ötən il ölkə iqtisadiyyatında qeydə alınan müsbət dinamika fiskal yığımlarda əhəmiyyətli artımları təmin edib. İqtisadiyyatın artımında əsas qeyri-neft-qaz sektoru aparıcı mövqe tutub, qeyri neft-qaz sektoruna daxil olan bütün sahələrdə real artım müşahidə edilib, müvafiq dövr üzrə əksər strateji hədəflərə nail olunub. Qeyri neft-qaz sahələrində 85 milyard 712,4 milyon manatlıq əlavə dəyər yaradılıb ki, bu da əvvəlki ilə nisbətdə 6,2 faiz artım deməkdir.

Qeyri-neft-qaz sahələrinin hər biri üzrə real ifadədə artım qeydə alınıb, əsas töhfə isə nəqliyyat, digər xidmətlər və tikinti sahələrindən formalaşıb. Əsas artım mənbələri əsasən dövlət idarəetməsi və müdafiə, həmçinin daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti hesabına təmin olunub. Nəticədə iqtisadi artım mənbələri dövlət büdcəsinin fiskal yığımlarının da böyüməsini təmin edib. Fiskal orqanlar tərəfindən büdcəyə ödənilən vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat olub ki, bu da təsdiq edilmiş illik proqnozu 2,1 faiz üstələyib. Nəticədə vahid xəzinə hesabında sərbəst qalıq 1 milyard 837,8 milyon manat təşkil edib.

Ötən il 21,4 milyard manat investisiya qoyulub

2024-cü ildə ölkəmizdə  investisiya aktivliyi müşahidə edilib ki, bu prosesdə dövlətin sərmayə fəallığı xüsusi rol oynayıb. Hesabat ilində dövlət investisiyaları nominal ifadədə 10,1 faiz artıb. 21 milyard 435,1 milyon manata bərabər olan əsas kapitala yatırılan investisiyaların çəkisində dövlət sektorunun payı 61,1 faizə yüksəlib. Dövlət investisiyalarının artımı tikinti sektorunda əlavə dəyərin artımına təkan verib, bu sektor iqtisadi artıma yüksək töhfəsi ilə seçilib. Ümumilikdə, əsas kapitala investisiyaların müxtəlif qruplar üzrə bölgüsünün təhlili qeyri neft-qaz sektorunun, daxili investisiyaların və dövlət sektorunun investisiyalara töhfə verməsi fonunda neft-qaz sektoru, xarici investisiyaların və qeyri-dövlət sektorunun investisiyalara azaldıcı təsir etdiyini göstərib.

Yeri gəlmişkən, ötən il ölkənin ali iqtisadi prioritet sənədlərindən biri olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının maliyyə təminatı üçün 6 milyard 390 milyon manat vəsait sərf olunub. Vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib.

Dövlət qurumları öz vəsaitləri ilə azad ərazilərdəki quruculuğa töhfə verir

2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsi vəsaiti ilə yanaşı, müvafiq dövlət qurumlarının vəsaitlərindən də istifadə edilib. Təhlillər göstərir ki, bəzi hallarda işğaldan azad olunmuş ərazilərdə qeyri-büdcə təşkilatlarının vəsaitləri hesabına həyata keçirilməsi mümkün olan bəzi layihələrin, habelə şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşməsi üçün ayrılan xərclər üzrə optimallaşdırma işlərinin aparılması ilə dövlət büdcəsinin vəsaitləri üzrə qənaətlilik prinsiplərinə üstünlük verilib. Ötən ilin sonuna işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə, 6 sifarişçi üzrə 59 layihəyə digər mənbələrdən 491,7 milyon manat maliyyələşdirilib.

Dövlət borcunun ÜDM-ə nisbəti azalıb

2024-cü ildə Azərbaycanda büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki illə müqayisədə azalıb. Büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380 milyon manat olmaqla ÜDM-ə nisbətdə 21,7 faiz təşkil edib. Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki illə müqayisədə isə 0,1 faiz bəndi azdır. Müvafiq göstəricinin əvvəlki illə müqayisədə azalması ÜDM-in artımı ilə əlaqəli olub, dövlət borcunun məbləğində isə 529,8 milyon manat artım izlənib. ÜDM-dəki nominal artım tamamilə qeyri neft-qaz sahəsindən, dövlət borcundakı artım isə daxili dövlət borcundan formalaşıb. Hesabat ilində xarici dövlət borcu 2 milyard 263,5 milyon manat azalıb.

Valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib

Maliyyə naziri Sahil Babayev bildirib ki, ötən il büdcə xərclərinin icrası müsbət dinamika ilə aparılıb. Milli valyutanın sabitliyi qorunub saxlanılıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlər qeydə alınıb. Cari ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bu göstərici ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini nümayiş etdirir.

Dövlətin ehtiyatlarının artması və fiskal intizamın qorunması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidənqurma işləri davam etdirilib, müdafiə sahəsində vacib alışlar həyata keçirilməklə bütövlükdə, iqtisadi sabitlik təmin olunub. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır və bu, ölkənin gələcək maliyyə dayanıqlılığını gücləndirəcək əsas amillərdən biridir.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri