“Büdcədən asılılığı olan yeganə rayon Xocavənddir”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Dövlət büdcəsindən asılılığı olan yeganə rayonumuz Xocavənddir”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Regionların büdcədən asılılığının azaldılması istiqamətində addımlar atılır. Əksər rayonlarımız öz gəlirləri ilə xərclərini təmin edirlər. Eyni zamanda, Naxçıvan MR-ə ödənilən dotasiyada ciddi şəkildə - 26% azalma var. Çünki Naxçıvanın artıq öz gəlirləri kifayət qədər artır. Bu, dotasiya rəqəmlərini biz 74 milyon manata qədər azalda bilərik. Dotasiyadan asılılığı olan yeganə rayonumuz Xocavənddir. Digər rayonlar öz xərclərini gəlirləri vasitəsilə qarşılaya bilirlər”, - nazir qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 07 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















