Icma.az
close
up
RU
Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək Əli Məsimli

Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək Əli Məsimli

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Dekabrın 9-da Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri qəbul edildi.

2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard təşkil edir. 2026-cı ilin dövlət büdcəsinin prioritetlərində ölkəmzin müdafiə qüdrətinin artırılması, təhlükəsizliyimizin təminatlılığının gücləndirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi kimi postmüharibə dövrünün mühüm vəzifə və çağırışları mühüm yer tutur".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əli Məsimli bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,7 milyard manatdan çoxdur ki, bu da ümumi büdcə xərclərinin 21%-i qədərdir:

"Bu,Azərbaycanda hərbi sənayenin inkişafın sürətinin artmasına, onun şaxələnməsinin dairəsinin genişlənməsinə, eləcə də hərbi təyinatlı məhsul istehsalının və ixracnın artmasına müsbət təsir edəcək.

2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla büdcədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ildə əlavə 3,5 milyard manat və ya büdcə xərclərinin 8,4 faizi qədər əlavə vəsait yönəldiləcək. Bu, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək".

Əli Məsimli qeyd edib ki, bununla yanaşı 2026-cı ilin dövlət büdcəsinin xərclərində 17,1 milyard manatı və ya 41,1 faizi sosialyönlü xərclər təşkil edir.

"Sosialyönlü xərclərə əməyin ödənişi xərcləri, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və sarğı ləvazimatlarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri xərcləri daxildir. Həmin vəsaitin daha çox hissəsinin inflyasiyanın “yeminə” yox, məhz öz təyinatına görə, əhalinin güzəranının yaxşılaşmasına, əlavə mal və məhsul alınmasına yönəlməsi üçün ciddi antiinflyasiya tədbirlərinin həyata keçirilməsi çox vacibdir", - deyə deputat vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri