Icma.az
close
up
RU
Yanvarda büdcəyə vergi gəliri 2 milyard 259,9 milyon manat

Yanvarda büdcəyə vergi gəliri 2 milyard 259,9 milyon manat

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ölkədə bağlanmış əmək müqavilələrinin sayı cari il fevral ayının 1-nə 1 milyon 860 min 25 (2019-cu ilin əvvəli ilə müqayisədə 458 min 110 vahid çox) olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430 min 225 vahid artaraq 970 min 147-yə yüksəlib.

Qeyd edilib ki, bağlanmış əmək müqavilələrinin sayında artım iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır. Bu ilin yanvarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manat vergi daxil olub. Aylıq vergi daxilolmalarının 1 milyard 378,2 milyon manatı və yaxud 61 faizi (əvvəlki ilə nisbətən 11,6 faiz çox) qeyri-neft-qaz sektorunun payına düşüb.

2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,5 milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, bunun da 75,3 faizinin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 faizinin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 faiz həddində proqnozlaşdırılır.

Dövlət Vergi Xidmətindən aldığımız məlumata görə, dövriyyələrin şəffaflaşdırılması istiqamətində görülən tədbirlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, eləcə də vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında nəzərəçarpan artım templəri həm tədiyə növləri üzrə, həm də qeyri-neft sektorunda vergi daxilolmalarının artımına əlverişli şərait yaradır.

İqtisadiyyatda şəffaflaşma proseslərinin davamlı olmasını təsdiqləyən göstəricilərdən biri də ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsidir.

Son 5 il ərzində reallaşdırılan islahatların nəticəsi kimi qeydə alınan davamlı artım iqtisadiyyatımızın dayanıqlılığına, mürəkkəb iqtisadi şəraitdə dinamik göstəricilərin sabitliyinə və kənar təsirlərə qarşı davamlılığına imkan verir. İqtisadi artım şəffaf biznes fəaliyyətinin təmin olunduğu şəraitdə formalaşır. Belə bir tendensiyanın davamlılığı büdcə daxilolmalarının mütəmadi artması deməkdir. Bu isə cəmiyyətin rifahının, yüksək səviyyəli sosial xidmətlərin və firavan gələcəyin təminatıdır.

Vergi sisteminin indiki inkişaf dinamikasına heç də asanlıqla nail olunmayıb. Belə ki, təqribən, ötən 30 illik bir müddətdə ölkəmizdə vergi siyasəti iqtisadiyyatın indiki tələblərinə uyğun olaraq daim təkmilləşdirilib, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericilikdə bir sıra əsaslı dəyişikliklər edilib. Bütün bunlarla yanaşı, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə metodları təkmilləşdirilib, şəffaflaşma prosesləri genişləndirilib, dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub.

Reallaşdırılan layihələr sırasında qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznesin şəffaflaşma çağırışlarına müsbət reaksiya verərək adaptasiya prosesinin diqqətdə saxlanılması kimi təşəbbüslər xüsusi yer tutub. Nəticədə, “kölgə iqtisadiyyatı”nın “ağarması” prosesi getdikcə sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü qabarıq büruzə verib. Bununla bağlı dövlətimizin başçısı çıxışlarının birində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasının vergi daxilolmalarının artmasına əsaslı təsir göstərdiyini diqqətə çatdırıb: “Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub”.

Beləliklə, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində reallaşdırılan tədbirlər bir çox sahələrdə fəaliyyəti leqallaşdırmağa və fəal ödəyicilər kateqoriyasını artırmağa imkan verib. 2024-cü il iyun ayının 1-nə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayında 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayında 6,5 faiz, hüquqi şəxslərin sayında isə 9,7 faiz artım qeydə alınıb.

Azərbaycanda “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edilib. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən hədəflərə uyğun şəkildə vergi sistemində ciddi dəyişikliklər və yeni yanaşmalar tətbiq olunub, iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib. Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlarla dövlət – biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi ilə biznesin “kölgə”dən çıxmasına nail olunub.

Yeri gəlmişkən, hazırda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyənləşdirilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunur. Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayış verməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilmir.

Qeyri-neft sektorunun inkişafının vergi daxilolmalarının artımına təsirindən bəhs edərkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ölkəmizdə həyata keçirilən vergi islahatları iqtisadi zonalarda əlverişli biznes şəraitinə də müsbət təsir göstərib. Məsələn, texnologiya və sənaye parklarının rezidentləri üçün səmərəli vergi mühiti yaradılıb. Hər bir startap 3 il müddətinə gəlir vergisindən azad edilib. Həmçinin kənd təsərrüfatı sahəsində vergi dərəcələri azaldılıb və sahibkarlıq fəaliyyətinin təşviqi diqqət mərkəzində saxlanılıb. Biznes fəaliyyətinin inkişafında bütünlükdə rəqəmsallaşma böyük rol oynayıb. Heç şübhəsiz, bu məsələnin həllinə hər bir sahibkar üçün əlçatan dövlət vergi sisteminin yaradılması önəmli təsir göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri