Icma.az
close
up
RU
Buffon: “Gərək ilk növbədə klubun tarixini öyrənəsən”

Buffon: “Gərək ilk növbədə klubun tarixini öyrənəsən”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Canluici Buffon A seriyasının 31-ci turunun “Roma” – “Yuventus” oynundan (1:1) sonra DAZN platformasına müsahibə verib.

İtaliya yığmalarının 47 yaşlı idman direktoru olan dünya şöhrətli sabiq qapıçı əsasən 19 il formasını daşıdığı “Yuventus”la bağlı sualları cavablayıb.
Gənclər...
Mövsümün əvvəli ilə müqayisədə indi “Yuventus”un formasında meydana çıxan gənc futbolçular arasındakı anlaşma daha yaxşıdı. Bu, bütün oyunçuların bir istiqamətdə hərəkət etməsi nəticəsində mümkün olub. Onlar üçün bir neçə ay əvvəl start heyətində oynamaq daha çətin idi. Gənclər onda sanki komanda ilə bağlı öz təsəvvürlərinə malik idilər.
...Svilar...
Svilar həqiqətən də istedadlı qapıçıdı. O, “Roma”nın formasında inanılmaz işlər görür, bu oyunda bacarıqlarını bir daha nümayiş etdirdi. Ümumiyyətlə, mövsümü sabit keçirir. Hə, bir də ki, o, qaynanasını sevən yeganə adamdı!
...Ken ilə Facoli...
Kenə hansı məsləhəti verərdim? Onu xoşbəxt edən işi görməli olduğunu deyərdim. Elə futbolçular var ki, bacarıqlarını göstərmələri üçün müəyyən şərtlərin yerinə yetirilməsinə ehtiyac duyurlar. Görünür, Moyze belə şəraiti “Fiorentina”da tapıb. “Yuventus”dan çıxan Facoliyə gəlincə, klubun yetirməsi üçün elə bir məqam gəlir ki, artıq özünə “gənc və perspektivli” oyunçu gözü ilə baxılmasını istəmir. O, özünü əsas oyunçulardan biri kimi hiss etmək istəyir. Ona Ken kimi əlverişli şərait lazım idi. İndi onlar özlərini əsas heyətin üzvü sayırlar, çünki startda yerləri təmin olunub. Ken ilə Facolinin klubunu dəyişməklə doğru etdiklərini düşünürəm. Amma bu məqamda “Yuventus”un onlardan nə dərəcədə yararlandığı barədə məsələ qaldırmaq istəmirəm.
...Lokatelli...
Loka (“Yuventus”un yarımmüdafiəçisinə tərəf yönəlir), sən indi komandanın kapitanısan. Bu, çox vacib məqamdı. Sənin bir dəfə mənə necə baxımlı qol vurduğunu xatırlayıram. Onda meydanboyu etdiyin hərəkətləri çox bəyənmişdim. Fikrimcə, kapitan kimi oynamağın komandaya faydalı olacaq.
...kapitan sarğısı...
Ümumiyyətlə, kapitan sarğısını tez-tez dəyişmək xüsusilə “Yuventus” kimi klub üçün tipik hal deyil. Komandanın paltardəyişmə otağında yüz il ərzində kapitanlıq etmiş bütün oyunçuların fotoları asılıb. Bu tarixdi. Gərək ilk növbədə yenicə sıralarına qoşulduğun klubun tarixini öyrənəsən. Belə məsələlər adamı kapitanın xüsusi fiqur olduğunu düşünməyə vadar edir. Çətin məqamlarda komandanı arxasınca yalnız o daşımalı və məşqçinin ideyalarını oyundaşlarına çatdırmalıdı. Zəif adam kapitan ola bilməz.
...Tudor...
Fikrimcə, o, baş məşqçi vəzifəsinə yenicə təyin olunsa da, artıq enerjisi ilə komandaya fayda verir. “Yuve”nin oyunçuları mövsümün əvvəlindən məhz belə enerjiyə ehtiyac duyurdular.
...Tyaqo Motta...
Tyaqo mənim ən böyük ümidim idi və indi də belə qalır. “Yuventus”da işlər istənilən səviyyədə getməyibsə, bu, onun ideyalarından əl çəkməli olduğu anlamına gəlmir. Fikrimcə, bu “məğlubiyyət” onun bundan sonrakı fəaliyyəti üçün faydalı ola bilər. Mən əvvəlki kimi onun məşqçi bacarığına inanıram.
...Qasperini...
Bir neçə dəfə “Atalanta”ya keçməyə yaxın olmuşam. Xüsusilə karyeramın son iki ilində Qasperini ilə çox ünsiyyət saxlamışıq. Bir dəfə, demək olar ki, onun komadasında qərar tutmuşdum, amma müqavilə son anda alınmadı. Klubun bu mövsüm təcrübəli mütəxəssisin tələblərini tam şəkildə yerinə yetirə bilmədiyini hesab edirəm. O, arabir nəyin niyə alınmadığını deyir. Amma budəfəki iradları futbol ictimaiyyətində daha böyük əks-səda doğurdu. Adətən Can Pyeronun narazılıqlarına doğru reaksiya verilirdi, ancaq bu dəfə belə olmadı.
...və ÇL-ə vəsiqələr haqda
Fikrimcə, “Yuve” qarşıya qoyulan vəzifəni yerinə yetirəcək. Çempionlar Liqasına daha hansı komandalar çıxa biləcək? İndiki vəziyyətə əsasən, “Bolonya”nın adını çəkərdim. Bu isə o deməkdi ki, hansısa nəhəng komandalar mövsümü ilk “4-lük”də başa vura bilməyəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see332

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see304

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see296

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see284

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see258

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see254

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see252

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see247

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see237

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see235

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see228

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see222

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see212

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see189

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see186

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see177

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see174

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri