Buğda yüklü qatar Biləcəridən Ermənistana yola düşdü VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib.
Bizim.Media xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
06 Avqust 2026 11:46
Bu gün Biləcəridən Ermənistana qatar yola düşəcək
06 İyul 2026 14:24
Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı VİDEO
22 Avqust 2026 12:05
Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü
01 Fevral 2026 16:03
Baxış sayı:156
Bu xəbər 15 May 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















