Bugünkü gəmi hücumunda azərbaycanlı yaralanıb XİN
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Oktyabrın 13-də gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 nəfər Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Bolqarıstan sahili yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında deyilir.
Bildirilib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır:
“Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”.
Xatırladaq ki, Qara dənizdə Bolqarıstan sahili yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu “CHELSEA-3” adlı xarici yük gəmisi hücuma məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 13 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















