Icma.az
close
up
RU
Bugünkü oyunda isə səhvsiz oynadıq Fernandu Santuş

Bugünkü oyunda isə səhvsiz oynadıq Fernandu Santuş

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Estoniya yığmasını qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. 

Portuqaliyalı çalışdırıcı 20-ci dəqiqədən sonra rəqibə heç bir şans vermədiklərini bildirib:

"Bu gün rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə demək olar ki, bərabər səviyyəli oyun keçdi. Hər iki tərəfin müəyyən epizodları oldu. 20-ci dəqiqədən sonra isə rəqibə heç bir şans vermədik. Oyunçularım qələbə qazanmaq üçün əllərindən gələni etdi, sona qədər vuruşdular. Burada rəqibin də haqqını yemək olmaz, çox yaxşı müdafiə olundular. Bu oyunla bağlı futbolçularıma deyəcək sözüm yoxdur.

Biz də istəmirik D qrupuna düşək. Amma belə oldu. Son matçlarda komandanın nümayiş etdirdiyi oyun bizim nikbin yanaşmağımıza ümid verir. Bugünkü durumumuzdan biz də məmnun deyilik.

Yenə də təkrarlayıram ki, son üç oyuna baxsaq, rəqiblərimizdən daha üstün oynayırıq. Əvvəlki matçlarda müdafiədə səhvlər edirdik, qollar buraxırdıq. Bugünkü oyunda isə səhvsiz oynadıq, sadəcə qol çatışmadı. Yenə deyirəm, oyunçularım qələbə qazanmaq üçün çox çalışdılar.

Bu oyunda Mahir Emrəli bizimlə yox idi, həmçinin Renat Dadaşov da olmadı. Bu iki oyunçu komandamız üçün çox önəmlidir. Çox təəssüflər olsun ki, Azərbaycan çempionatında orta xətdə oynayan oyunçuların çoxu əcnəbilərdir. Buna baxmayaraq, əlimizdə olan "material"la nələrsə edəcəyik.

Bura gəlməkdə məqsədim 2028-ci il Avropa çempionatında çıxış edəcək komanda yaratmaqdır. İnanıram ki, buna nail olacağıq. Mən bu layihəni müzakirə edib bura gəlmişəm.

Mən yenə deyirəm, ümid vermirəm. Gəlmişəm layihəni icra edim. Bunun da iş qaydası var. Qarşıdan gələn 4-5 ilə məqsədimiz yaxşı mübarizə aparan Azərbaycan millisi yaratmaq və eyni zamanda futbolçu yetişdirməkdir. Bütün dünyada fikir versəz, hamı bu yolu gedir. Hər yerdə belədir. İstər Portuqaliya, İspaniya, Gürcüstan. Hamı bu yolla gedir. Biz bu yoldan çıxmış olsaq, səhv etmiş olarıq. Digər yolu odur ki, əcnəbiləri milləşdirib yaxşı nəticələr qazanmaqdır. Əcnəbilərin milliləşdirilməsi yolu nəticə verməyibsə, deməli, bu yolla davam etməliyik. İnanın ki, Portuqaliya millisi bu yolla Avropa çempionu olub. Başqa bir misal, Gürcüstan millisi 10 il bundan qabaq bu nəzəriyyə ilə başlamışdı. Gürcüstanda olan futbolçu potensialı burada da var. Azərbaycanlı futbolçular da fərdi şəkildə çox yaxşıdılar. İndi bunu komanda şəklində tətbiq etməliyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri