Icma.az
close
up
RU
Bugünkü televiziya proqramları bu əsərlədən daha pornoqrafikdir Qismət

Bugünkü televiziya proqramları bu əsərlədən daha pornoqrafikdir Qismət

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az az Qismətin "Erotika" essesini təqdim edir.

Vladimir Nabokov bütün zamanların ən qalmaqallı romanlarından olan “Lolita”nın önsözündə erotik ədəbiyyatı lağa qoyaraq Markiz de Sadvari romanlarla bağlı istehzayla belə yazır: “Axırda bağbanı da yanlarına çağırırlar.” Bu, sonradan “Leydi Çatterleyin sevgilisi” kimi romanlarda da, porno filmlərdə də qarşımıza çıxan məşhur klişeyə işarədir. İllək keçdikcə həm erotik romanlarda, həm də filmlərdə “bağban klişe”si tibb bacısına, müəllimə, polisə, ustaya və başqalarına çevrildi. Bir zamanlar yenilik olan, erotizm sayılan obraz klişeləşib pornoqrafikləşdi. Klişe – pornoqrafiyadır.

Sovet adamlarından çox eşitmişəm: qımışa-qımışa deyirlər ki, biz o vaxt “Min bir gecə nağılları”nı, “Dekameron”u gizlincə oxuyurduq.
Elə xeyli problemin də kökü burdadır, vaxtında erotizmin mahiyyətinə varmamağın fəsadları indiyəcən bizi lənət kimi təqib edir. Öz aramızdır, guya “Min bir gecə”də, “Dekameron”da gizlincə oxunası nə var axı?! “Min bir gecə nağıllar”ı bir tərəfiylə universal motivli iç-içə hekayələr danışdığı üçün maraqlıdırsa, o biri tərəfdən əhvalat nəql etmək, hekayə danışmaq, yəni narratologiya – təhkiyə sənəti ilə ölüm qorxusu arasındakı inanılmaz oxşarlıqdan bəhs etdiyi üçün dəyərlidir. “Dekameron” isə vəbadan qaçan üç kişi, yeddi qadının bir-birinə danışdığı kilsənin “rəsmi əxlaq”ını mötərizə içinə alan cəsarəti ilə qiymətlidir.

Bizim bugünkü televiziya proqramları bu əsərlədən daha pornoqrafikdir, üz qızardandır, bu proqramların yanında “Min bir gecə nağıllar”ı da, “Dekameron” da aşağısı “Əxlaqi-Nasiri”dir.

Təkcə “ən erotik orqan beyindir” deyən sapioseksualların yox, xeyli şairin, romançının, filosofun fikrincə, erotizmin dərk olunması ilə azadlıq arasında birbaşa əlaqə var. Qapalı cəmiyyətlərin qapalı dönəmlərində üç-dörd hərfli sözlər – cinsi orqanların adları, onların təsviri həzz yarada bilər. Amma yetkin cəmiyyətin yetkin fərdi üçün həzzin səbəbi bu cür leksik görməmişlik yox, azad və yaradıcı ifadə tərzi olmalıdır. Səhnənin açıq-saçıqlığından zövq almaq pornoqrafiyadır, yazıdan zövq almaq erotizm.

Söhbət erotikadan gedəndə, əlbəttə, onun pornoqrafiyadan fərqini, sərhədlərini ayırd etmək lazımdır.

Umberto Ekonun fikrincə, uzunçuluq pornoqrafiyadır.
Bu, çox qəribə təsbitdir, çünki balaca yanlış anlama ilə “Hərb və sülh”, “Uliss”, “İtmiş zamanın axtarışında” kimi romanlar da həmin kateqoriyaya girə bilər. Bəs niyə belə deyil? Eko “uzunçuluq” deyəndə nəyi nəzərdə tutur? Böyük alim pornoqrafiyanı izah etmək üçün gündəlik dildən, yəni ünsiyyət dilindən bir nümunə verir: Təsəvvür edin, bir dostunuz zəng vurub soruşur: nə vaxt gəlirsən? Sən də “on dəqiqəyə ordayam” deyib dəstəyi asırsan. Bu sadə cümlənin içində deyilməyən başqa şeylər də var. Belə ki, “hazırlaşacam, dişlərimi yuyacam, saçımı darayacam, şalvarımı ütüləyəcəm, ayaqqabımı mazlayacam…” da deyə bilərdin, amma deməmisən. Hər şeyi deməyə ömür çatmaz, bircə “on dəqiqəyə ordayam” demək kifayətdir. Eko kommunikasiya nəzəriyyəsindən gətirdiyi bu misalı bədii əsərlərin qurulmasına da şamil edir. Bir əsərdə yaratmağa çalışdığınız obrazın, ya da hərəkətin hər tərəfini yazmağa çalışmaq pornoqrafiyadır. Bir anlıq porno filmləri xatırlayanda, bu misal daha aydın olur. Məncə, bizdə içində bircə vulqar söz belə olmayan, hətta əxlaqiliyə iddialı yüzlərlə pornoqrafik şeirlər, hekayələr, romanlar yazılır, filmlər çəkilir. Çünki məsələ açıq-saçıq səhnələrdə və sözlərdə deyil, zövqdə, ifadə tərzində, peşakarlıqdadır. Zövqsüz açıq-saçıqlıq bizi uzağı orqazma təşviq edəcək, həqiqi erotizm isə yazıya qoşulmaqda, onu dərindən hiss etməkdədir.

Orxan Pamuk “Məsumiyyət muzeyi” romanında qəhrəmanlarının sevişməsini təsvir edərkən təxminən belə yazır: pəncərə açıq idi və çöldəki torpaq meydançada futbol oynayan uşaqların söyüşlərini eşidirdik, birdən anladıq ki, onların söyüşlərini divanın üstündə etməklə məşğuluq. Bu səhnənin ardıncı bitmiş seksual aktın ifadəsi gəlir: bir uşaq bir konserva qutusuna bir təpik atdı, bir qağayı çığırdı, bir fincan qırıldı, çinar ağaclarının yarpaqları küləkdə xışıldadı… Vəssalam. Mənə görə mətnin sehrli cazibəsi içində eyni anda baş verməsə də, eyni anda baş vermiş kimi təsvir edilən bu yaşam qırıntısı istənilən açıq-saçıq səhnədən daha erotikdir.

İnsanın öz cinsəlliyini azad şəkildə yaşadığı, hətta bunun azadlıq, yaxud köləlik məsələsi olduğunu düşünmədən özünü rahatca ifadə etdiyi Antik Yunanıstandan bu yana baxanda, cinsəlliyin, seksin, erotizmin niyə qadağalar zonasına salındığını başa düşmək elə də çətin deyil. Erotikanı əvvəlcə dini qurumlar nəzarətə götürdü, sonra isə aristokratiya onu öz monopoliyasına aldı, yasaq lüks oldu. Ovidinin “Sevgi sənəti” kitabından başlayaraq Petroninin “Satirikon”una, ordan isə cəngavər romanslarının məşhurlaşdığı dövrə qədərki mənzərəyə diqqətlə nəzər yetirəndə bunu aydın görmək olur.

Cəngavər romanslarında artıq kişi mərdliyinin simmetrik qarşılığı qadın bəkarətidir. Dünya yaranandan bəri həmişə qanunpərəst idarəçilər bu qarşısıalınmaz enerjini, nəzarətə gəlməyən gücü kontrol etmək istəyiblər, amma bacarmayıblar, uzağı “tərbiyəli erotizm” tipində formullarla müvəqqəti yumşaldıblar. Elə burdan da pornoqrafiya doğulub. Məncə, pornoqrafiya erotizmin qadağan olunmasıdır.

Erotizm adlı o coşub-çağlayan enerji, möhtəşəm daxili vulkan kəbini azadlıqla kəsilmiş incəsənətin alın yazısıdır. Nə qədər sənət var, erotizm azadlığın soyadı olacaq.

Böyük Oktavio Pas məşhur esse kitablarından birinin adını belə qoymuşdu: “Qoşa alov: sevgi və erotizm”

Lorkadan lirik bir fraqmentlə bitirək:

“… toxundum mürgülü məmələrinə, nəğməli çiçəklərin budaqlarıtək açıldı döşlərin üzümə…”

Bundan sonra heç nə yazmasa belə... bəsidir - "Rəng mühəndisi" haqqında Xalq artisti axtarışa verildi "Sənə də son dəfə əlvida deyim..." - Nobel mükafatçısının şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri