Icma.az
close
up
RU
Bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir

Bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən dövrdə keçdiyi inkişaf yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin qazanılmasında nümayiş etdirdikləri fədakarlıqlar, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin “Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır” tezisi gənclərimizin fəaliyyətinin əsas prinsipinə çevrildi, dövlətin onlara göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sahələrində fəallıqlarını daha da artırdılar. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal hissəsidir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsi, Gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin sərəncamları ilə 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan olunması gənclərə göstərilən böyük etimadı bir daha nümayiş etdirdi. “Gənclər ölkənin inkişafında, ictimai-siyasi həyatında, ölkə iqtisadiyyatının möhkəmlənməsində fəallıq göstərirlər.

Hakimiyyətinin birinci dövründə gənclərin formalaşmasına, təhsilinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas məsələ kimi öndə saxladı. Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ümummilli Lider bu tezisi xüsusi qeyd etdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclər siyasətinin dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları əsasında daha da yenilənməsi, təkmilləşməsi gənclərin qarşısında geniş imkanlar açır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq gənclər müasir dövrün tələblərinə uyğun addımları ilə ölkənin inkişafına öz töhfələrini verirlər. Prezident İlham Əliyevin gənclər siyasətində onların xaricdə təhsili, eyni zamanda, yüksək ixtisaslı kadr kimi yetişdirilməsi əsas yer tutur. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində Azərbaycan gəncləri dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli Sərəncamda da gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Qalib ölkənin gəncliyi tarixi Zəfərimizin yaratdığı reallıqların yüksək səviyyədə təqdimatında və təsdiqində fəal iştirak edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunan, dövlət maraqlarını hər şeydən üstün tutan gənclikdir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Yeni Azərbaycan Partiyasının (YAP) Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri