Icma.az
close
up
RU
Builki dövlət büdcəsinin parametrləri Azərbaycanın iqtisadi və sosial siyasətinin prioritetlərinə tam uyğundur ŞƏRH AZƏRTAC

Builki dövlət büdcəsinin parametrləri Azərbaycanın iqtisadi və sosial siyasətinin prioritetlərinə tam uyğundur ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan 2024-cü ildə həm iqtisadı artım tempini, həm də makroiqtisadi stabilliyini qoruyub saxlaya bildi. 2024-cü ildə praktik olaraq ümum daxili məhsul (ÜDM) 4 faiz, qeyri-neft sektoru 6 faizdən çox, qeyri-neft sənayesi 7 faizdən çox artdı və ölkəmizin böyük iqtisadi irəliləyişi qeyri-neft sektorunun hesabına formalaşdı. Bu isə o deməkdir ki, bu gün qeyri-neft sektoru Azərbaycanda iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, həm regional, həm də qlobal iqtisadi çətinliklərin daha da dərinləşdiyini və regiondakı iqtisadi-siyasi gərginliyin region ölkələrinin iqtisadiyyatına praktik olaraq təsir göstərdiyini nəzərə alsaq, bütün bunlara rəğmən Azərbaycanın iqtisadi artım tempini, stabilliyini qoruyub saxlaya bilməsi böyük uğurdur. Bu da təbii ki, bir tərəfdən iqtisadiyyatın inkişafı ilə bağlı aparılan islahatların səmərəliyini, digər tərəfdən onların real nəticələrini göstərən əsas meyarlardandır. Bu baxımdan məhz Prezidentin rəhbərliyi ilə Azərbaycanın 2024-cü ildə əldə etdiyi iqtisadi artım, eyni zamanda, iqtisadi inkişaf üçün yeni imkanların yaradılması bu ili uğurlu il etdi. Bu da təbii ki, növbəti illərdə iqtisadi inkişafın dərinləşməsi ilə bağlı yeni imkanlar yaradır.

“Ötən il Qarabağın, Şərqi Zəngəzurun da bərpa və yenidən qurulması işləri davam etdirildi. İndiyədək Qarabağın, Şərqi Zəngəzurun bərpasına 19 milyard manata yaxın vəsait ayrılıb. Bu il büdcədən ən azı 4 milyard manat vəsaitin ayrılacağı da nəzər alınarsa, bu, o deməkdir ki, Zəfərdən sonra ümumilikdə işğaldan azad olunmuş ərazilərimizin bərpasına 23 milyard manat vəsaitin ayrılması həyata keçiriləcək. Bu da təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərən əsas amillərdən biridir.

“Qeyd etmək lazımdır ki, bu cür böyük yenidənqurma və bərpa işlərinin fonunda Azərbaycan öz valyuta ehtiyatlarını daha da artırdı. Bu isə bütövlükdə iqtisadi təhlükəsizliyin güclənməsinə təkan verdi. Eyni zamanda, Azərbaycan xarici borcun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik ölkələr siyahısında ilk onluqdadır və xarici borcun ÜDM-dəki pay birrəqəmlidir - 7,12 faiz. Bundan başqa, Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-i qədərdir və xarici borc öhdəliyindən 14 dəfə çoxdur”, - deyə V.Bayramov əlavə edib.

Deputat vurğulayıb ki, 2025-ci ilin dövlət büdcəsi müstəqilik dövründəki ən böyük büdcə olacaq. Büdcədən bu il ərzində 41,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu isə iqtisadiyyatdakı islahatların dərinləşməsini və dəstəklənməsini, sahibkarlar üçün yeni imkanların yaradılmasını, eyni zamanda, prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasını təmin edəcək. Bütövlükdə müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 8,4 milyard manat vəsait ayrılacaq, sosial istiqamətlərə 16,19 milyard manat, Qarabağ və Şərqi Zəngəzurun qurulmasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu baxımdan 2025-ci ilin dövlət büdcəsinin parametrləri Azərbaycanda həyata keçilən iqtisadi və sosial siyasətin prioritetlərinə tam uyğundur və praktik olaraq bu sahədə siyasətin daha da inkişaf etməsinə imkan verəcək.

“Bu il biz 5-ci sosial paketin icrasını müşahidə edirik. Artıq sosial paketin icrasına başlanıb və yanvar ayından etibarən minimum əməkhaqqı 16 faiz artaraq 345 manatdan 400 manata çatdırılıb. Eyni zamanda, ehtiyac meyarının həddi 285 manata çatdırılıb. Gələn aydan etibarən isə minimum pensiyada da artım olacaq. Bundan başqa, bir sıra dövlət qurumlarında çalışan işçilərin əməkhaqqılarının 15 faiz artırılması ilə bağlı Prezident tərəfindən yanvarın 7-də Sərəncam imzalandı. Nəticə etibarilə, görülən bu tədbirlər deməyə əsas verir ki, növbəti aylarda Azərbaycanda sosial rifah daha da yaxşılaşacaq”, - deyə Vüqar Bayramov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri